Azərbaycan gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından "Respublika"-ya verilən məlumata görə, o, halqalarla hərəkətlərdə fəxri kürsüyə qalxıb.
Bununla da N. Simonov Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi olub.