YAP nümayəndə heyətinin üzvləri Ərzurum şəhərində görüşlər keçiriblər
Digər xəbərlər

YAP nümayəndə heyətinin üzvləri Ərzurum şəhərində görüşlər keçiriblər

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin üzvləri Ərzurum şəhərində hakim Ədalət İnkişaf Partiyasının şəhər təşkilatının sədri Av. İbrahim Küçükoğlu ilə görüşüblər.

Görüşdən sonra mətbuat konfransında çıxış edən Av. İbrahim Küçükoğlu Türkiyədə keçiriləcək seçkilərdən danışıb, iki dövlət arasındakı qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili YAP ilə AK Parti arasında əlaqələrin gündən-günə inkişaf etdiyini vurğulayıb: "Türkiyə son 20 il ərzində böyük inkişaf yolu keçib. Bu da bütün türk dünyasını dirçəldib. Biz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə böyük tarixi Zəfər qazandıq. Bu qələbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da rəhbərliyi ilə Türkiyənin dəstəyini gördük. Azərbaycan xalqı da hər zaman Türkiyənin yanındadır. İnanırıq ki, qarşıdakı seçkilərdən sonra Türkiyə daha da güclənəcək". Milli Məclisin deputatı onu da qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada enerji böhranı məhz Azərbaycanın Türkiyənin apardığı uğurlu siyasətə görə dərinləşmədi. SOCAR-ın Türkiyədə yatırımlarının 19 milyard dolları ötdüyünü deyən komitə sədri vurğulayıb ki, Azərbaycan Ərzurumdan idxalı 30 faiz artırıb. Həmçinin, Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə sərnişin daşınması da planlaşdırılır.

YAP İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğlu çıxışında son 15-20 il ərzində Türkiyə iqtisadiyyatının gücləndiyini diqqətə çatdırıb. "Hazırda bütün dünyada Türkiyədəki seçkilər müzakirə olunur. İnanırıq ki, Türkiyə seçkilərdən sonra daha da güclənəcək Türkiyə-Azərbaycan birliyi bütün türk dünyası üçün böyük dəstək olacaq. Bu gün dünyada ən çox humanitar yardım edən ölkə Türkiyədir. Türkiyənin böyüklüyü, gücü dünyadakı ədalətin davamlılığı deməkdir". E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan Türkiyə prezidentləri bütün beynəlxalq təşkilatlarda hər zaman iki dövlətin maraqlarını müdafiə edirlər. Həmçinin, Rəcəb Tayyib Ərdoğan, Balkan regionunda, Yaxın Şərqdə ümumiyyətlə, dünyanın bütün yerlərində Türkiyənin nüfuzunu yüksəldib.

Görüşdə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Son 20 ildə Türkiyənin inkişafı göz qabağındadır. Cənab Ərdoğanın sülhsevər yanaşmasını hər zaman görmüşük hiss etmişik. Bu, bir daha Türkiyənin gücündən xəbər verir. 2021-ci ildəki Şuşa Bəyannaməsi iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılmış addımdır. Hamımız bilirik ki, bizim qardaşlığımız əbədidir, heç bir güc bizi ayrı sala bilməz".

Deputat Anar Məmmədov isə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin son 20 ildə böyük uğurlar qazandığını diqqətə çatdırıb: "Bizim qarşımızda böyük hədəflər var. Əsas prioritetlərdən biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu, bütün Türk dünyasının birləşməsi üçün vacib əhəmiyyətə malikdir".

Görüşdə çıxış edən YAP Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə Türkiyənin texnoloji sahədə əldə etdiyi yeniliklərdən danışıb. O, qardaş ölkənin hərbi sahədəki uğurlarına Azərbaycanın qəlbən sevindiyini vurğulayıb. Bu sahədəki texnoloji yeniliklərin bundan sonra da dünyanı təəccübləndirəcəyini deyib. V.Rəhimzadə Türkiyə-Azərbaycan münasibətlərin dünyanın heç bir ölkəsində olmadığını diqqətə çatdırıb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.