Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 73-ə çatıb
Dünya xəbərləri

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 73-ə çatıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 73-ə çatıb.

"Respublika" xəbər verir ki, bu haqda məlumat yerli hakimiyyət orqanlarının təqdim etdiyi hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, ölüm halları ən çox İşikava prefekturasının şəhərlərində - Vacima və Suzuda qeydə alınıb.

Təbii fəlakət nəticəsində 100 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.