Yaşa, yaşa, Azərbaycan!
Siyasət

Yaşa, yaşa, Azərbaycan!

Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasından 105 il ötür

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı...

Fəqət bizim bayrağımız ucaları pək seviyor,

Yulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Cəfər Cabbarlının "Azərbaycan bayrağına" adlı şeirində belə deyilir. Ulduzlardan, aydan da yüksəklərdə dalğalanan üçrəngli, üç rəmzli bayrağımızdan qürurla söz açır şair.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayından 1920-ci ilin 28 aprelinədək 1 il 11 aylıq qısa bir ömür yaşasa da, siyasi-ictimai, milli-mənəvi fikir tariximizdə etdiyi dönüş 1991-ci ilin 18 oktyabrında onun ikinci həyatını yaşamasına da zəmin oldu. Əhməd Cavadın Sovet dönəmində qələmə aldığı: "Mən hər ildə bir mayısa lap çox ümidlər bağlaram. Hər gələcək mayıs üçün, nisan ağlar, mən ağlaram" misraları mahiyyətini itirmədi, Cabbarlının ötəri bir zaman kəsiyində seyr etmək imkanı tapdığı bayrağımız 30 il işğal altında inləmiş, azadlığına qovuşmuş torpaqlarda əbədi dalğalanmaq haqqını qazandı.

Birinci Dünya müharibəsinin amansız hərbi maşını altında əzilən Rusiyanın çar mütləqiyyəti 1917-ci ilin fevralında tarix səhnəsindən çəkildi. Həmin il noyabrın 28- bölgənin türk, gürcü erməni nümayəndələrindən ibarət Zaqafqaziya Komissarlığı adlı yerli hökumət quruldu. 1918-ci ildə Zaqafqaziya Rusiyadan ayrıldı, Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) dövləti elan edildi.

Gürcüstanın mayın 26-da öz müstəqilliyini elan etməsilə yalnız 34 gün yaşayan müstəqil ZDFR Zaqafqaziya seymi tarixə qovuşdu. 1918-ci il mayın 27- müstəqil Azərbaycanın idarə olunması üçün Milli Şura yaradıldı, mayın 28- İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Respublikasının dövlət atributları müəyyənləşdirildi. İlk olaraq onun bayrağını elan etdilər: üçrəngli bayraq.

Bu gün fəxrlə dalğalanan üçrəngli bayrağımız sanki sülh mehi ilə izdivaca girərək qənirsiz bir musiqinin sədalarından daha da canlanır, daha təntənəli dalğalanır, bir az da möhtəşəm görünür. Bu lətafətli səslənmənin belə sevilməsinin bir səbəbi onun Üzeyir təxəyyülünün məhsulu olmasıdır. Bu səslənmə ulu ocağımızın əbədi varlığını dalğa-dalğa dünyaya yayır. Səslənir Əhməd Cavadın misraları, Üzeyir dühasının musiqisi ilə Azərbaycanın Dövlət Himni:

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

1918-ci il 28 may! Məhz o gün azadlıq məfhumu bizim üçün ulu müqəddəslik rəmzinə çevrildi, "Azərbaycan" sözü yenidən məmləkətin hər yerində rəsmi vətəndaşlıq hüququ qazandı, millətimizin azadpərvər ideyalarından dünya xəbər tutdu. Məhz müdrik Rəsulzadənin dilindən qopan bilavasitə Azərbaycan Demokratik Cümhuriyyətinin varlığını səciyyələndirən "Bir kərə yüksələn bayraq bir daha enməz" aforizmi özünün əfsanəvi məzmunu ilə min-min ürəkdə yuva qurdu.

Müstəqilliyimizin lap ilk çağlarında azad "Azərbaycanın ordu marşı" da yarandı, ancaq məmləkətimizin bolşeviklər tərəfindən işğalından sonra sanki o nəğmə "quyunun dibinə atıldı".

Gəncədə çalındı azadlıq suru,

Qovdu ürəklərdən zülməti, qoru,

Dağıt düşmən quran məkrli toru,

İrəli, irəli, ər Paşam Nuru!

Ordu marşının sözlərini Şeyxzamanlılar nəslinin nümayəndəsi Səlman Əhmədli yazmışdı. Marşa dünya musiqisinə Fikrət Əmirov kimi oğul bəxş edəcək Məşədi Cəmil Əmirov musiqi bəstələmişdi. Məşədi Cəmil şeirə türk musiqisi motivli hava yazmış onu ilk dəfə Bakının alınması uğrunda döyüşlərə yollanan Azərbaycan-türk əsgərləri qarşısında səsləndirmişdi. Bu marş, həmçinin 1919-cu il mayın 28- Gəncədə Cümhuriyyətin birilliyi münasibətilə təşkil olunmuş şənliklərdə səslənmişdir.

On illərlə yalnız ürəklərdə gəzən bu marş, nəhayət, bir daha səsləndi. İlk dəfə səsləndiyi vaxtdan düz 90 il keçdikdən sonra, 2008-ci ildə bu təntənəli musiqi bir eşidildi...

1919-cu il martın 23- "Azərbaycan" qəzetində Azərbaycan Cümhuriyyətinin dövlət gerbi möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edildi. 1920-ci il yanvarın 30-da "Azərbaycan Cümhuriyyətinin gerbi möhürünün, milli himninin hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul olundu. Həmin il fevralın 19-da təkrar müsabiqə elan edildi. Layihə 1920-ci il mayın 1-dək tamamlanmalı idi, təəssüf ki, 1920-ci ilin aprelində rus sovet istilası milli dövlətimizin süqut etməsi bu ümummilli dövlət əhəmiyyətli məsələləri həll etməyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə imkan vermədi.

Müstəqil Azərbaycanın Dövlət Gerbinin hazırlanması təsdiqi məsələsinə bir 70 il sonra - 1990- il noyabrın 17- Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baxıldı, üçrəngli milli bayrağımızla yanaşı, dövlət gerbi himnimizin qəbul edilməsi üçün müsabiqə elan olundu. 1991-1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çoxlu yeni gerb layihələri çap olundu, lakin Milli Məclis 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş təkmilləşdirmələrlə Dövlət Gerbi kimi təsdiqlədi. Azərbaycan Respublikası Konstitusiyasının 23- maddəsində isə belə qeyd olundu: "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının Dövlət Himnidir".

105 il öncə qurulmuş dövlətin xələfi müstəqil, qalib Azərbaycan, gerbinlə, himninlə, bayrağınla məsud yaşa! Yaşa, yaşa, Azərbaycan!

Zümrüd QURBANQIZI,

"Respublika".