Yeni dövrün başlanğıcı
Siyasət

Yeni dövrün başlanğıcı

Bu il may ayının 10-da Azərbaycan xalqı müstəqil dövlətimizin qurucusu xilaskarı, görkəmli siyasi dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd etdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncam imzalamışdır. Bu müdrik qərar birmənalı olaraq bütün xalqımızın iradəsini əks etdirir Ulu Öndərimizə olan sonsuz ümumxalq sevgisinin bariz təzahürüdür.

Dünya tarixi sübut edir ki, hər bir xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Onların missiyaları xilaskarlıq olur - tarixin, dövlətin millətin xilaskarı missiyası. Bu dahi şəxsiyyətlər yüksək mənəviyyatları, ali bəşəri milli ideyalara, ümummilli mənafelərə bağlılıqları ilə milyonların qəlbində özlərinə möhtəşəm abidə ucaldırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.

Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Zəngin ensiklopedik biliklərə dərin təfəkkürə sahib olan Heydər Əliyev düşünülmüş cəsarətli qərarları ilə bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş onların icrasını məharətlə həyata keçirmişdir. Ümummilli Liderimizin gücü dərin, universal biliyində, qətiyyətində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, mahir diplomat olmasında idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində həmişə xalqa arxalanmış, qədirbilən Azərbaycan xalqı da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.

Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bu nadir şəxsiyyət XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi dönməz xarakter almasına nail olmuş, yalnız ona xas olan bənzərsizlik təkrarsızlıq, spesifik fenomenlik xüsusiyyətləti ilə həm özü dünya diplomatiyasının ön sıralarına ucalaraq bəşərilik qazanmış, həm Azərbaycanın dünyada günəş kimi parlaması üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyev Azərbaycan xalqının dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm tarix yaradan şəxsiyyətdir. Heydər Əliyev siyasi fəaliyyətə başladığı dövrdən liderlik ömrü yaşamaqla, böyük siyasətçi, qüdrətli dövlət başçısı kimi tarixə düşmüş onun sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu baxımdan Heydər Əliyev şəxsiyyəti, onun siyasi fəaliyyətinin ayrı-ayrı aspektləri tədqiqatçıların diqqətini həmişə cəlb etməkdədir.

Ümummilli Lider Heydər Əliyev müasir dövrün ən aktual çağırışlarına uyğun qərarlar qəbul edə bilmək bacarığını özündə formalaşdıra bilmişdir. Ulu Öndər qlobal proseslər fonunda tam fərqli - xalqın demokratik ideallarını əks etdirən, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirirdi. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycan sabitlik tolerantlıq məkanı kimi dünyada tanınır. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafı tərəqqisini təmin edəcək əsas amillərdir.

Heydər Əliyev XX əsrin ən böyük siyasi liderlərindəndir. Ümumiyyətlə, alman filosofu Maks Veberin təsnifatına görə, siyasi liderlər malik olduqları 3 əsas xarakterik xüsusiyyət ilə fərqlənirlər: rasional, legitim xarizmatik. Heydər Əliyev nadir şəxsiyyətlərdən idi ki, özündə bu 3 xüsusiyyətin hər birini cəmləyə bilmişdi. Məhz buna görə o, Ümummili Lider zirvəsinə ucalmışdır. Bu mənada Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətini göstərmək olduqca vacib əhəmiyyətlidir.

Prezident cənab İlham Əliyevin böyük ehtiramla söylədiyi sözlər Heydər Əliyev ideyalarının əhəmiyyətini dəqiq qiymətləndirir: "Heydər Əliyevin düşündüyü ideyalar indi yaşayır. Onun siyasəti davam etdirilir, fəlsəfi fikirləri Azərbaycanımızın qüdrətlənməsi proqramının əsas istiqamətlərini göstərməkdədir". Müasir dünyanın siyasət aləmində tanınmış şəxsiyyət, Ümummilli Lider Ulu Öndər zirvəsinin fatehi Heydər Əliyev öz dahiliyini siyasi dövlətçilik fəaliyyəti ilə təsdiqləmişdir. Heydər Əliyev böyük şəxsiyyət kimi Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni-mənəvi cəhətdən inkişafı üçün dövlətçilik amallarımızı dahiliklə həyata keçirməkdə əvəzsiz müdriklik göstərmişdir. Ulu Öndər Heydər Əliyevin bütün siyasi dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı möhkəmlənməsi tarixidir. Onun həyat fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifələrini təşkil edir. Heydər Əliyev şəxsiyyətinin fenomenliyi ondan ibarətdir ki, o, gələcəyi aydın görür, məqsədləri dəqiq müəyyən edir həmin məqsədlərə aparan səmərəli yolları tapırdı. Heydər Əliyev demokratik, hüquqi, dünyəvi dövlətin əsasını qoyaraq Azərbaycanda dövlətçilik ənənələrini bərpa etdi.

Ulu Öndər tərəfindən qoyulmuş dövlətçilik siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Heydər Əliyevin hakimiyyəti illərində başlamış sabitlik iqtisadi tərəqqi, dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artırılması konsepsiyasının mövcud tarixi şəraitdə yeni yanaşmalarla ləyaqətlə həyata keçirilməsi təmin edilib. Son 20 ildə cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzu artmış, dövlət başçısının uğurlu fəaliyyət modeli dünyanın qabaqcıl ölkələri tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Qarabağımızın düşmən tapdağından xilas olması, 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər, bu əsasla yaranmış yeni regional reallıqlar, azad edilmiş tarixi torpaqlarımızda aparılan möhtəşəm yenidənqurma quruculuq işləri Heydər Əliyev ideyalarının həyata keçirilməsinin bariz nümunəsidir. Həm bu işlər sadəcə bir başlanğıcdır. Əminəm ki, Azərbaycanda "Heydər Əliyev İli" elan olunmuş 2023- il ölkəmizin, xalqımızın dövlətimizin tarixində indiyədək misli görünməmiş bir intibah dövrünün, sözün əsl mənasında "qızıl əsr"in başlanğıcı olacaqdır.

Dünya durduqca, müstəqil Azərbaycan var olduqca xalqımızın qəlbində böyük xilaskar oğlu Ümummilli Lideri Heydər Əliyevə bəslədiyi sonsuz sevgi dərin ehtiram hissi əbədi yaşayacaqdır.

Aqiyə NAXÇIVANLI,

Milli Məclisin deputatı,

siyasi elmlər doktoru.