Azərbaycan boksçusu III Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib
İdman

Azərbaycan boksçusu III Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.

57 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü səkkizdəbir finalda Ermənistan idmançısı Tatevik Xaçatryan ilə qarşılaşıb. Görüş M.Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Erməni rəqibinə heç bir şans verməyən boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bununla da Avropa Oyunlarında dörddəbir finala yüksələn Azərbaycan boksçularının sayı dördə çatıb. Məhsəti Həmzəyeva-Ağamalıyevadan əvvəl Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir finala vəsiqəni təmin ediblər.

Dörddəbir final döyüşləri iyunun 28-də keçiriləcək.