Zəfər salnaməmizin Günnüt səhifəsi
Siyasət

Zəfər salnaməmizin Günnüt səhifəsi

Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələrin yaradılması mövcud infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Şanlı ordumuzun zəfərlərindən biri olan Günnüt əməliyyatı da məhz görülən bu işlərin nəticəsidir.

2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi daxil olmaqla 11 min hektardan artıq ərazisi düşməndən azad edilərək Ordumuzun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsinə nail olunmuşdur. Rəşadətli Azərbaycan ordusu dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyini işğaldan azad etməklə, strateji əhəmiyyət daşıyan İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarəti ələ keçirmişdir. Azad edilən ərazilərin Ümumqoşun Ordu bölmələrinin tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlükdür. Qeyd etmək lazımdır ki, bu ərazilər həm 44 günlük Vətən müharibəsi zamanı ermənilərin hərəkətlərini müşahidə edərək lazımi tədbirlər görməyə imkan vermişdir.

Aprel döyüşlərindən iki il sonra, mayın 20-si gecə vaxtı xüsusi hazırlıqlı bölmələrimiz döyüş tapşırığını yerinə yetirərək müxtəlif istiqamətlərdə fəaliyyətə başladılar. Sol sağ istiqamətdə irəliləyərək növbəti yüksəkliyi Qızılqaya dağını nəzarətə götürdülər. Müzəffər ordumuz əvvəlcədən əməliyyat planı hazırladığı üçün xain düşmən geri oturduldu. Dəqiqliklə planlaşdırılmış əməliyyatın uğurlu icrası bölmələrimizin ilkin mövqelərindən daha əlverişli ərazilərdə yerləşməsinə imkan yaratdı. Mühəndis-istehkam bölmələri tərəfindən azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri aparıldı. Belə ki, 2000-dən çox piyada tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirildi. Naxçıvan Muxtar Respublikasının ərazisində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yaşayan dinc əhalinin təhlükəsizliyi təmin edildi. Belə ki, Ermənistanın hərbi təxribatları yaxın ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini ciddi şəkildə təhdid edirdi. Ərazinin etibarlı müdafiəsi, Ordumuzun manevr qabiliyyətinin yaxşılaşdırılması təminat-təxliyə məqsədilə 50 kilometrdən artıq yeni yol çəkildi, 60 kilometrdən çox yararsız yollar isə bərpa edildi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Düşmən tapdağından azad edilən mövqelərimizin müdafiəsi ordumuz tərəfindən təmin edildi.

Azərbaycanda əsl xalq-dövlət birliyi Vətən müharibəsində özünü bir daha sübut etmişdir. Dövlətin xalqın dəstəyini üzərində hiss edən ordumuzun özünəinamı daha da artır torpaqlarımız etibarlı şəkildə müdafiə olunur. Məhz bunun nəticəsidir ki, Günnüt əməliyyatından sonra azad olunmuş mövqelərdə yerli sakinlər rahat təhlükəsiz hərəkət edə bilir. Bu birliyi qısqanan, döyüş meydanında məğlub edilən düşmən isə hələ sülh prosesinə kölgə salmağa davam edir.

Xain düşmənin təxribatlarının qarşısının alınması üçün ilk şiddətli döyüşlər kimi 2016- ilin Aprel döyüşləri baş verdi sözügedən əməliyyat zamanı Azərbaycan ordusu tərəfindən düşmənə layiqli cavab verildi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər Seysulan kəndi, rayonun Lələtəpə yüksəkliyi Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndləri düşməndən azad olundu. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin tam qələbəsi ilə başa çatdı, aprelin 5- hər iki tərəfin razılığı beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı. 2016- ildə uyğun zaman məkan amilini düzgün dəyərləndirən Azərbaycan Ordusu ermənilərin təxribatı zamanı uğurlu döyüş əməliyyatı həyata keçirdi. Dördgünlük döyüşlərin növbəti mərhələsi isə Naxçıvanda uğurla davam etdirildi. Günnüt əməliyyatı Vətən müharibəsindən əvvəl düşmənə edilən ciddi xəbərdarlıq idi.

Nurlan ABDALOV,

"Respublika".