Zelenski vilayətlərdəki bütün hərbi komissarları işdən çıxarıb
Dünya xəbərləri

Zelenski vilayətlərdəki bütün hərbi komissarları işdən çıxarıb

Ukraynada bütün vilayət hərbi komissarları işdən çıxarılıb.

"Respublika" "Reuters" nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu gün keçirilən iclasında bildirib.

Ukrayna lideri deyib ki, bu qərarı ölkənin hərbi komissarlıqlarının yoxlanışından sonra qəbul edib.

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrin Baş Komandanı Valeriy Zalujnı yeni hərbi komissarları təyin edəcək və ölkənin Təhlükəsizlik Xidməti həmin şəxsləri təyin olunmazdan öncə yoxlayacaq.

Ukrayna lideri onu da əlavə edib ki, ümumilikdə hərbi komissarlıq rəislərinə qarşı 112 cinayət işi açılıb və 33 şübhəli fakt var.

Tacir SADIQOV,

"Respublika".