Avqustun 14-də COVİD-19 əleyhinə 68 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Avqustun 14-də COVİD-19 əleyhinə 68 min dozadan çox peyvənd vurulub

Avqustun 14-də Azərbaycanda 68 min 204 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 min 370, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 834 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 739 min 342, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 380 min 387, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 358 min 955 nəfər təşkil edir.

AZƏRTAC