Azərbaycan-Rusiya ikitərəfli siyasi məsləhətləşmələri aparılıb
Siyasət

Azərbaycan-Rusiya ikitərəfli siyasi məsləhətləşmələri aparılıb

Mayın 31- Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfi isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar digər aktual mövzular, müqavilə-hüquq bazasının genişləndirilməsi, regional əməkdaşlıq təhlükəsizlik, o cümlədən qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri regionda sülhün, təhlükəsizliyin sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.