Candargöl Su Anbarının  suyundan  birlikdə istifadə olunacaq
Region

Candargöl Su Anbarının  suyundan  birlikdə istifadə olunacaq

Dünyanın  hər   yerində   olduğu   kimi, ,respublikamızda  da  yay   dövründə əkinlərimiz   təsərrrüfat   suyundan   korluq   çəkir. Yüz   min   hektarlarla  əkin   sahələrimizi  vaxtlı-vaxtında  normal   suvarma  suyu  ilə   təmin  etmək   üçün   əlaqədar   təşkilatlar indidən  hazırlıq   tədbirləri  görürlər. Gürcüstan Meliorasiya MMC-nin dəvəti əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə Cəmiyyətin nümayəndələri 09-10 mart 2023-cü il tarixlərində Gürcüstanda səfərdə olublar.

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Candargöl Su Anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib. Qonşu  dövlətin Qardabani suvarma sistemlərinə baxış təşkil edilib. Görüşlər dostluq və qarşılıqlı anlaşma şəraitində həyata keçirilib.

Byndan  sonra hər  iki dost və   qonşu dövlət anbarın suyundan   birlikdə   istifadə   edəcək.

Nəriman  CAVADOV,

“Respublika”.