İğdırda “Heydər Əliyev və türk dünyası” adlı tədbir
Diaspora

İğdırda “Heydər Əliyev və türk dünyası” adlı tədbir

May ayının 12-də Türkiyənin İğdır şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və türk dünyası” adlı tədbir keçirilib.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi, Azərbaycanın Qarsdakı Baş konsulluğu və Heydər Əliyev adına Fənn Liseyinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri və müəllim-tələbə heyəti iştirak edib.

İki ölkənin Dövlət himnləri ilə başlayan tədbirdə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal, Azərbaycanın Qarsdakı Baş konsulluğunun əməkdaşı Bürhan Novruzlu və jurnalist Cabbar Şıktaş çıxış ediblər.

Çıxışında Sərdar Ünsal qeyd edib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan qardaşlığına böyük önəm verib, bu günkü Türkiyə-Azərbaycan qardaşlığının əsasını qoyub. Müstəqil Azərbaycanın qurulması üçün var gücü ilə mübarizə apardı. Prezident İlham Əliyev işğal altında olan Azərbaycan torpaqlarını Türkiyənin dəstəyi ilə xilas etdi”, - deyə Baş konsulluğun əməkdaşı vurğulayıb.

“Respublika”.