İmişli: Yeni  bir yaşayış məntəqəsinə təbii qaz verildi
Region

İmişli: Yeni  bir yaşayış məntəqəsinə təbii qaz verildi

İmişli rayonunun Hacırüstəmli kəndində təbii qazın verilməsi münasibətilə tədbir keçirildi. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak etdilər.

Tədbirdə çıxış edən RİH başçısı Elçin Rzayev bildirdi ki, bu gün respublikamızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da baş verən sosial-iqtisadi inkişaf  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  diqqət  və  qayğısı  sayəsində  öz  müsbət  həllini  tapır.   Rayon  rəhbəri  qeyd  etdi  ki,  əsası  ümummilli  liderimiz  Heydər  Əliyev  tərəfindən  qoyulan   sabitlik,  əmin-amanlıq  insanların  dinc və  firavan  yaşaması, onun  siyasi  varisi,  layiqli  davamçısı  İlham  Əliyev  və  Birinci vitse-prezident  Mehriban  xanım  Əliyeva  tərəfindən  daim  gözlənilir. Bu  da  ondan  əmələ  gəlir  ki, görülən  bütün  işlərin  mərkəzində  insan  amili, onların  maddi rifah  halının  və  məişət  şəraitinin  yaxşılaşdırılması  dayanır.

Kənd  sakini İltifat İmanov çıxış  edərək qeyd etdi  ki,  Hacırüstəmli  kəndi   İmişli  rayon  mərkəzindən  40-45 km  uzaq  olsa  da,  istər    Sovetlər  dövründə  və  ya  hazırda   rayonun  bütün  tədbirlərində  fəal  iştirak  edirlər.  Kəndimizin  sakinləri   sözün  həqiqi  mənasında  zəhmətkeş  insanlardır.  Hazırkı  vəziyyətdə  kənd  sakinləri  mal-qara  saxlamaqla  bərabər,  istənilən  qədər  pambıq  əkib, əla  çıxış  alıb  inşallah  bol  məhsul  gözlənilir,  bu  da  sakinlərin  firavan  yaşaması  üçün  yetərli  bir  haldır.  Ən  vacib  məqamı  diqqətinizə  çatdırmaq  istəyirəm  ki,  bizim  kənd  sakinləri  yay  ayları  gərgin  işləyib  qış  vaxtlarında  az  da  olsa  istirahət  edə  bilmirdilər.  Səbəbi  kənd  ətrafında, yaxınlıqda   meşə  sahələrinin  olmaması  ilə  bağlı  idi.  Kəndə  kənardan  az   hallarda  satılmaq  üçün  gətirilən  odundan  istifadə  etmək  ən  azı bir  ay  üçün   60-70 manata  başa  gəlirdi,  bu  da  hər  ailənin  imkanı  daxilində  deyildi. Şübhə yoxdur  ki, kəndimizin  sakinlərinin  evlərində  təbii  qazın  yanması  onların  rahat  yaşamasına  zəmin  yaradacaq. Mən   kənd  sakinlərimiz  adından  ölkə  rəhbərimiz  cənab İlham  Əliyevə    dərin  təşəkkürlərimizi  bildirirəm.

Birinci  Qarabağ   şəhidi   Mehman  Süleymanov  adına  tam  orta  məktəbin  direktoru   Dərgah  Mehtiyev   çıxış  edərək  bildirdi  ki, Prezident  İlham  Əliyev     tərəfindən   Azərbaycan  xalqının daha  da   firavan   yaşaması  üçün  sosial-iqtisadi  layihələr  həyata  keçirilirTorpaqlarından  məcburən  didərgin  salınan  soydaşlarımızı  öz  yurd-yuvalarına  qayıtması  üçün  lazımi  tədbirlər  həyata  keçirilir.  İnşallah, soydaşlarımız     işğaldan  azad  olunan  torpaqlarımızda  tezliklə yeni   şəraitli  evlərlə  təmin  ediləcəkBiz  44 günlük  müharibədə   Azərbaycan  Prezidenti, Ali  Baş Komandan İlham Əliyevin  müdrik siyasətinin  və  ona  güvənən  Vətən  oğullarının,   hərbçilərimizin   igidliyinin  şahidi  olduq.  “Azəriqaz”  İstehsalat  Birliyinin  təmsilçisi  Namiq  Məmmədov  bildirdi ki, 222 abonenti olan Hacırüstəmli kəndinə birpilləli sistem əsasında 20326 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin fərdi yaşayış evlərinə G-4 markalı qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb. Çıxış edən sakinlər kəndin mavi yanacaqla təmin olunmasına görə dövlətimizin başçısına və bu işdə əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Sonra  Vətən müharibəsində qəhrəmancasına şəhid olan Asim Abbasovun ailəsi yeni qaz sobası ilə təmin edilərək, ailəyə məxsus evin mətbəxində mavi yanacaq yandırılıb. Qeyd edək ki, Hacırüstəmli kəndinə ilk dəfə təbii qaz verildiyi üçün əhali ilə qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilmə işləri də aparılıb.

Ərəstun  ABDULOV,

“Respublika”.