Şəhid ailələri ziyarət edilib
Region

Şəhid ailələri ziyarət edilib

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Yeni Azərbaycan Partiyasının  Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov Ramazan bayramı günlərində   rayonunda bir qrup şəhid ailələrini ziyarət ediblər, onlara bayram sovqatları paylanılıb.  

Görüşlər zamanı respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda qan töküb  şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların  xatirəsi ehtiramla anılıb. Qeyd olunub ki,  Vətən torpaqlarının hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərlərin, Vətən övladlarının xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı  cənab İlham Əliyevə,  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zəfər ORUCOĞLU.