Martın 2-də Azərbaycanda COVID-19 əleyhinə 376 doza vaksin vurulub
Səhiyyə

Martın 2-də Azərbaycanda COVID-19 əleyhinə 376 doza vaksin vurulub

Martın 2- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 376 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 118, ikinci doza vaksinlərin sayı 101, üç daha çox doza vaksinlərin sayı 134, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 23-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 949 min 573, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 366, ikinci mərhələ üzrə 4 milyon 879 min 147, üç daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 407, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 653-dür.                              

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 40 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 40 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 628 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 327 nəfər müalicə olunaraq sağalıb, 10 min 122 nəfər vəfat edib. Aktiv xəstə sayı 179 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 292, indiyə qədər isə ümumilikdə 7 milyon 529 min 191 test icra olunub.