“Məktəblinin dostu” layihəsinin regionlarda
Elm və təhsil

“Məktəblinin dostu” layihəsinin regionlarda

25 apreldə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə layihənin regionlardakı əməkdaşları üçün onlayn maarifləndirmə təlimi keçirilib.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə ümumilikdə 70 nəfərin iştirak etdiyi təlimdə kibertəhlükələrdən qorunma istiqamətində maarifləndirici məlumatlar verilib.

Maarifləndirmə təliminin keçirilməsində məqsəd “Məktəblinin dostu” layihəsinin əməkdaşlarını kibertəhlükəsizlik sahəsində maarifləndirmək, kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırmaqla, həmin əməkdaşların bu məlumatları regiondakı məktəblilərə çatdırmasını təmin etməkdir.

“Respublika”.