Milli Məclisin növbəti plenar iclası
Siyasət

Milli Məclisin növbəti plenar iclası

Martın 7- Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Bu barədə verilən məlumata görə, gündəliyin təsdiqindən sonra Milli Məclisin sədri erməni silahlı birləşmələri tərəfindən Xankəndi-Xəlfəli-Turşsu yolunda törədilən təxribatdan danışıb. Bildirib ki, bugünkü iclasın gündəliyinə bir çox məsələlər daxil edilib. O, gündəliyin birinci məsələsinin Milli Məclisin qərar layihəsi olduğunu deyib.

İclasda iştirak edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva illik məruzəni təqdim edib.

Ombudsman bildirib kiÜmummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə yaradılmış, ötən il 20 illik yubileyini qeyd edən, öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət prinsipləri əsasında quran Ombudsman təsisatının ölkə Konstitusiyasında ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş pozulan insan hüquq azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması, dövlətimizin beynəlxalq nüfuzunun artması istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini söyləyib. Səbinə Əliyeva deyib ki, "Heydər Əliyev İli" çərçivəsində təsisat tərəfindən Ümummilli Liderin insan hüquqlarının müdafiəsinə verdiyi töhfələrlə bağlı silsilə tədbirlərin təşkili nəzərdə tutulub.

S.Əliyeva, həmçinin diqqətə çatdırıb ki, 2022-ci ildə ombudsmanın ünvanına 28 min 525 müraciət daxil olub. Həmin müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada baxılıb, onların həlli istiqamətində aidiyyəti mərkəzi yerli icra hakimiyyəti orqanlarına, o cümlədən Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət qurumlarına müraciətlər edilib, təklif tövsiyələr verilib, bir çox hallarda nöqsan çətinliklərin aradan qaldırılmasına, pozulmuş hüquqların bərpasına nail olunub.

Vətəndaşların layiqli həyat səviyyəsinin rifah halının yüksəldilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsinə diqqətin artırılmasından danışan ombudsman qeyd edib ki, məşğulluq orqanları vətəndaşların işlə təmin edilməsi prosesini nəzarətdə saxlamalı, vakant yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməli, vətəndaşlara verilən imtina cavablarının səbəbləri araşdırılaraq nəticəsindən asılı olaraq ciddi tədbirlər görülməlidir.

Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğunu deyib. O, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinin əhəmiyyətindən bəhs edib. İmtiyazlı qruplardan olan dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin zəruriliyini qeyd edib.

Ombudsman təhsil sistemi ilə bağlı fikirlərini açıqlayaraq, orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, məktəblərdə psixoloq ştatlarının artırılması, təhsil sistemində mediasiya institutunun tətbiq olunması məsələlərindən danışıb.

Məruzədə bildirilib ki, insanların mülkiyyət, mənzil təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi, habelə təmas sahəsində yerləşən evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmini, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, bu sahəyə nəzarətin gücləndirilməsi neqativ halların qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.

Ombudsman onun Milli Preventiv Qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı 2 min 25 şəxslə konfidensial görüş keçirilib. Fəaliyyət dövründə ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum əfv edilib.

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi ilə bağlı rəhbərlik etdiyi komitənin rəyini səsləndirib.

Komitə sədri bildirib ki, ötən il ölkəmizdə institusional islahatlar baxımından Qarabağda yeni inzibati iqtisadi bölgələrin yaradılması, xüsusi nümayəndəlik institutunun təsisi onun azad olunan torpaqlardan kənara, Naxçıvana da tətbiq edilməsi idarəetmə sistemində köklü dəyişikliklərlə yanaşı, azad edilən ərazilərdə insan haqlarının da yurisdiksiyamıza daxil olduğunu təsdiqləyir. O qeyd edib ki, cari il martın 1- Xocalıda təşkil olunmuş görüş Xankəndində yaşayan ermənilərlə birgəyaşayışa dair Sərsəngdən sonra ilk addım sayıla bilər.

Zahid Oruc rəhbərlik etdiyi komitənin ombudsmanın illik məruzəsinə müsbət rəy verdiyini bildirib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, deputatlar məruzə ilə bağlı fikirlərini, qeyd təkliflərini səsləndiriblər. Ombudsmanın illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin növbəti 4 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. 2-ci 3- məsələlər Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub mahiyyətcə bir-birinə yaxındırlar.

Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında" "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. O, bu sənədlərin hər iki oxunuşda Milli Məclisdə ətraflı müzakirə edildiyini deyərək, hər iki layihənin əsas mahiyyətinin adıçəkilən Fondların investisiya fəaliyyətinə hüquqi əsaslar yaratmaqla bağlı olduğunu mətnlərində heç bir dəyişikliyin olmadığını söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, "Media haqqında" qanunun qəbulundan sonra bir sıra qanunlarda uyğunlaşdırma xarakterli dəyişikliklərin edildiyini, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərin həmin qəbildən olduğunu bildirib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. O, sənədin media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məqsədi daşıdığını söyləyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 8 məsələsi ikinci oxunuşda olan qanun layihələridir.

Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Elektroenergetika haqqında" qanun layihəsini ikinci oxunuşda təqdim edib.

O bildirib ki, qanun layihəsinin əsas məqsədi elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləmək, elektroenergetikanın hüquqi, iqtisadi təşkilati əsaslarını müəyyən etməkdir. O, qeyd edib ki, qanunun qəbulu ölkəmizdə rəqabət mühitində antiinhisar siyasətində rəqabətli azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm istehlakçıların rifahını, məhsul xidmətlərin keyfiyyətini təmin edəcək.

Deputatlar Vüqar Bayramov, Razi Nurullayev, Vahid Əhmədov, Elman Nəsirov, Fazil Mustafa sənəd barədə fikirlərini bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova bildirib ki, növbəti 4 məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub mahiyyətcə bir-birinə yaxındır. Bunlar ikinci oxunuşda müzakirəyə çıxarılan "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlarda, 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları xüsusi geyim formasının təsviri"ndə dəyişiklik edilməsi barədə "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" Qanunun ləğv edilməsi barədə qanun layihələridir.

Layihələrlə bağlı Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. O bildirib ki, layihələr haqqında birinci oxunuşda ətraflı məlumat verilib, deputatların sualları cavablandırılıb komitəyə sənədlərlə bağlı hər hansı bir təklif daxil olmayıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri gündəliyin son 3 məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirib 11-ci məsələ - Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərova söz verib.

Kamal Cəfərov diqqətə çatdırıb ki, birinci oxunuşda layihə ilə bağlı ətraflı məlumat verilib, deputatların sualları cavablandırılıb sənədin mətnində heç bir dəyişiklik aparılmayıb.

İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məsələ barədə bu komitənin rəyini səsləndirib, komitəyə sənədlə bağlı heç bir təklifin daxil olmadığını bildirib.

Deputatlar Elşad Mirbəşiroğlu Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

On ikinci məsələni İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. O bildirib ki, "Banklar haqqında" Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihəsi Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə uyğun olaraq hazırlanıb layihə ilə bağlı heç bir irad təklif komitəyə daxil olmayıb.

Gündəliyin sonuncu məsələsi olan "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı da İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonda çıxış edən Sahibə Qafarova 8 Mart - Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu ünvanlanmasını təklif edib bu təklif deputatlar tərəfindən müsbət qarşılanıb.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Mustafa KAMAL,

Respublika”.