Türkiyəli kulinar: Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalının təşkilindən çox məmnunuq
MÜSAHİBƏLƏR

Türkiyəli kulinar: Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalının təşkilindən çox məmnunuq

Biz çox şadıq ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bu cür festivalda iştirak edirik. Bu, həmişə bizim arzumuz olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli kulinar Yusuf Türkmən söyləyib.

Belə festivalların keçirilməsinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması baxımından çox gözəl fürsət olduğunu söyləyən Yusuf Türkmən deyib: "Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalının təşkilindən çox məmnunuq. Bu gün bizim üçün burda olmaq şərəfdir. Hər kəsin bura gəlməsini, bu gözəl şəhəri səyahət etməsini tövsiyə edirəm".

AZƏRTAC