“Ziraat Bank Azərbaycan
Sosial həyat

“Ziraat Bank Azərbaycan" AFAD fonduna 100 min ABŞ dolları məbləğində dəstək oldu

"Ziraat Bank Azərbaycan" fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələdə maddi və mənəvi zərər çəkən və yaralanan sakinlərə yardım məqsədilə AFAD hesabına 100 min ABŞ dolları məbləğində ianə edib.

AZƏRTAC xəbər verir ki, bank hadisənin baş verdiyi ilk gündən etibarən qardaş ölkə ilə həmrəyliyini, onlara dəstək olduğunu müxtəlif yollarla göstərib. "Ziraat Bank Azərbaycan" fəlakətin baş verdiyi ilk gündən etibarən filialları və rəqəmsal platformaları vasitəsilə AFAD hesabına edilən köçürmələri komissiyasız və ƏDV-siz icra edib. Həmçinin bank həmvətənlərimizin ianəetmə üsulları ilə aydın şəkildə tanış olaraq köçürmələrini rahat icra etmələri üçün fərqli izahedici videotəlimatlar hazırlayaraq sosial media kanallarında paylaşıb. Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" AFAD qurumunun Azərbaycanda hesab açmasına dəstək verərək ianələrin daha tez və rahat çatdırılmasına vasitəçi olub. Bankın kollektivi maddi yardımla yanaşı, toplanılan humanitar yardımda da iştirak edib, onların təhvil verilməsində öz dəstəyini göstərib.

 "Ziraat Bank Azərbaycan" ASC, Türkiyəyə məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir və Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 30 dekabr 2014-cü il tarixli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı bankın feysbuk, instaqram, tviter, linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.