TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tələbatı üçün dəftərxana ləvazimatının (lot-1), Hərbi geyim forması və ləvazimatının (lot-2), Əşya-geyim dəstinin tikilişi işlərinin (lot-3), mebel inventarının (lot-4) və müxtəlif növ avadanlığın (lot-5) satın alınması üzrə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

 Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imzanın sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif və sorğular nəzərə alınmayacaq.

 Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Portal vasitəsilə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala və müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tələbatı üçün dəftərxana ləvazimatının satınalınması:

İştirak haqqı:

 Lot 1 - 600 AZN

Lot 2 - 1000 AZN

 Lot 3 - 700 AZN

 Lot 4 - 600 AZN

 Lot 5 - 250 AZN

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesabı AZ41NABZ01360100000000003944

S.W.I.F.T CTREAZ22

Adı: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

VÖEN: 1701344461

Hesab: AZ91CTRE00000000000004828501

 Büdcə gəlirinin təsnifatı kodu: 142330

Büdcə səviyyəsinin kodu fond: 7

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

 2. Tenderdə iştirak haqqının ödənilməsı barədə bank sənədi

 3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

4. Tender təklifi dəyərinin 1 %-i həcmində tarixdən bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması

 9. Podratçının müəyyən etdiyi digər sənədlər

10. Tenderin əsas şərtlər toplusuna əlavə olunmuş standart formalara uyğun müvafiq məlumatlar.

 Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 30.11.2021-ci il saat 11:00 tarixə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 08.12.2021-ci il saat 11:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 09.12.2021-ci il tarixdə Lot-1 üzrə saat 11:00-da, Lot-2 üzrə saat 11:30-da, Lot-3 üzrə saat 12:00-da, Lot-4 üzrə saat 14:00-da, Lot-5 üzrə saat 14:30-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi üzrə

Əlavə Maliyyələşdirmə

Kredit Nömrəsi 9058-AZ

 "Yuvenal ədliyyə daxil olmaqla, Ədliyyə Akademiyasına tədris vəsaitləri və proqramların hazırlanmasında texniki dəstəyin göstərilməsi" fəaliyyəti üzrə məsləhət xidmətləri

Maraqların İfadəsi üzrə Bildiriş-B.2/4.0-MX-AF  

Azərbaycan Respublikası Dünya Bankından "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsinin Əlavə Maliyyələşdirilməsi ilə əlaqədar kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin "Yuvenal ədliyyə daxil olmaqla, Ədliyyə Akademiyasına tədris vəsaitləri və proqramların hazırlanmasında texniki dəstəyin göstərilməsi" fəaliyyəti üzrə məsləhət xidmətlərinin göstərilməsinə xərclənməsi nəzərdə tutulur. Fəaliyyətin məqsədi Ədliyyə Akademiyasına yuvenal ədliyyə də daxil olmaqla, tədris proqramlarının (ilkin və davam edən) təkmilləşdirilməsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tövsiyələrin hazırlanmasıdır. Tapşırığın ehtimal olunan müddəti 7 aydır.   

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçi şirkətləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatları təqdim etməlidirlər. Qısa siyahıya daxil olunması üçün məsləhətçi şirkət ədliyyə sahəsində təlimlərin keçirilməsi üzrə ən azı 10 illik təcrübəyə malik olmalı və son 7 ildə icra olunmuş ən azı bir oxşar fəaliyyət haqqında məlumat təqdim etməlidir. Qısa siyahı mərhələsində məsləhətçinin əsas işçi heyətinin qiymətləndirilməsi aparılmayacaq. Texniki tapşırıq aşağıda göstərilən ünvandan əldə oluna bilər.    

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi çərçivəsində Borcalanlar üçün prosedurlar (Satınalma Qaydaları) ilə (iyul 2016-ci il, noyabr 2017-ci il və avqust 2018-ci il) nizamlanan Məsləhətçinin İxtisası seçim üsuluna əsasən seçiləcəkdir. Məsləhətçilər həmin təlimatların Bölmə III, 3.14, 3.16 3.17 nömrəli bəndlərində göstərilən "Dünya Bankının maraqların toqquşmasına dair siyasəti"nə diqqət yetirməlidirlər. Məsləhətçilər öz ixtisas bacarıqlarını gücləndirmək məqsədi ilə digər şirkətlərlə konsorsium/birgə müəssisə yarada bilərlər.   

İştirakçılar məlumatları 2021-ci il noyabr ayının 25-i saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/"Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi, AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: [email protected], [email protected]) göndərə bilərlər.