Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Polietilen paketlərin (tibbi tullantılar, məişət tullantıları və s. üçün) satın alınmasını Təkliflər sorğusu üsulu ilə keçirilən tender

BİLDİRİŞİ

Milli Onkologiya Mərkəzi 2021-ci ilə Polietilen paketlərin (tibbi tullantılar, məişət tullantıları və s.üçün) satın alınmasını təkliflər sorğusu üsulu ilə həyata keçirir.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə əsas şərtlər toplusunu ala bilərlər (əlaqə telefon: 012-431-24-63, elektron ünvan: [email protected]).

Tenderin iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender təklifi, təklifin bank təminatı və qiymət cədvəlini 1 ədəd “Əsli” və 1 ədəd “Surəti”olmaqla ikiqat bağlı zərfdə və hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənmiş şəkildə yazılı surətdə 23 iyun 2021-ci il, saat 15:00-a qədər Milli Onkologiya Mərkəzinin tender komissiyasına (Az1122, Bakı şəhəri, H.Zərdabi  küçəsi 79”B”) təqdim etsinlər.

Tender prosedurunun başlanması və təklif zərflərinin açılışı: 24  iyun 2021-ci il saat 15:00.

Təklif nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar daxil olmaqla təqdim edilməlidir.

Yerinə yetiriləcək işlər və xidmətlər tenderin əsas şərtlər toplusundakı tələblərə cavab verməlidir.


Azərbaycan Texniki Universiteti “Maşın və avadanlıqlar” xərclər maddəsi üzrə Bakı şəhəri, Hüseyn Cavid prospekti 25 ünvanında Maşın və avadanlıqların (turniket və şlaqbaum sistemi) satınalınması ilə əlaqədar açıq tender üsulu ilə tətbiq edilməklə keçirilmiş elektron satınalma başa çatmışdır. Qalib gəlmiş “İSOFT” MMC ilə 10.06.2021-ci il tarixində müqavilə imzalanmışdır.


Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən 24 may 2021-ci il tarixində keçirilmiş Tədrisin idarəedilməsi sisteminin satınalınması üzrə kotirovka sorğusu üsulu ilə satınalmaya dair müsabiqədə “SİNAM” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş iştirakçı ilə 08 iyun 2021-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır. Dövlət Gömrük Komitəsinin Akademiyası kotirovka sorğusunda iştirak etmiş digər iştirakçılara təşəkkür edir və fəaliyyətlərində uğurlar arzulayır.


Bildiriş LOT 1. Astara Rayon İcra Hakimiyyətində 18 may 2021-ci il tarixdə Astara şəhərində abadlıq işlərinin satınalınması məqsədilə keçirilmiş Açıq Tender prosedurunda “Baku Building” MMC qalib gəlmişdir və onunla 54567.61 manat məbləğində satınalma müqaviləsi imzalanmışdır. 


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 21 may 2021-ci il tarixində e-tender.gov.az rəsmi portalında və 22 may tarixində “Respublika” qəzetində yerləşdirilmiş “Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlarının və mühafizə zonalarının layihələrinin hazırlanması işlərinin satınalınması” üzrə açıq tenderin müddəti 10 (on) bank günü uzadılmışdır.

İddiaçılar tenderdə iştirak etmək üçün ilkin sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 29 iyun 2021-ci il tarixinə  (saat 15.00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 07 iyul 2021-cu il tarixinə qədər (saat 15.00-dək) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

İddiaçıların təklifləri 08 iyul 2021-ci il tarixində (saat 15.00-da) açılacaqdır.

Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.