Elan
Reklam və elanlar

Elan

Daşkəsən dəmir filizi layihəsinin icraçısı kimi "Daşkəsən Dəmir Filiz" MMC olaraq bildirmək istərdik ki, Daşkəsən rayonunda Daşkəsən dəmir filizi yatağının işlənməsi və istismarı üzrə iş proqramı çərçivəsində yataqlarda üstaçma, dəmir filizinin çıxarılması, nəqli, anbarlaşdırılması və saflaşdırılması işlərində ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihəsi ictimai dinləmələr üçün təqdimata hazırdır.

ƏMTQ sənədləri Azərbaycanın Ətraf Mühit Qaydalarına və standartlarına uyğunluğu nümayiş etdirmək məqsədilə məsləhətçilər tərəfindən aparılan ətraflı texniki tədqiqatların nəticələrini əhatə edir. Qeyd edək ki, qeyri-texniki ƏMTQ sənədinin xülasəsi Azərbaycan və ingilis dillərində hazırlanmışdır.

13 dekabr 2021-ci il tarixindən etibarən bu sənədlərin surətlərini ictimai baxış üçün aşağıdakı ünvanlardan, həftə içi iş günləri saat 9:00-dan 6:00-dək Bakı şəhərindən və 8:00-dan 5:00-dək Daşkəsən şəhərindən əldə etmək mümkündür:

lDaşkəsən şəhəri, İ.Qayıbov küçəsi, "Daşkəsən Dəmir Filiz" MMC-nin sahəsində olan nəzarət buraxılış məntəqəsi;

lBakı şəhəri, Mikayıl Müşfiq küç, 2H, Bakı Media Mərkəzi, 3-cü mərtəbə - "Daşkəsən Dəmir Filiz" MMC-nin baş ofisi.

Həmçinin Daşkəsən Dəmir Filiz layihəsinin internet səhifəsindən (https://www.linkedin.com/company/ddfazergold/) əldə edilə bilər.

"Daşkəsən Dəmir Filiz" MMC layihə sənədinə dair rəy və təklifləri məmnuniyyətlə qəbul edir. Yuxarıda göstərilən sənədlərlə birlikdə təqdim olunan rəy formasını dolduraraq aşağıdakı ünvana göndərməyiniz xahiş olunur:

l"Daşkəsən Dəmir Filiz" MMC, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi;

l"Daşkəsən Dəmir Filiz" MMC, Bakı Media Mərkəzi, Bakı şəhəri, Mikayıl Müşfiq küç, 2H.

Şərhlərinizi 26 may 2022-ci il tarixindən gec olmayaraq təqdim etməyiniz xahiş olunur. Qeyd edək ki, şərhlər diqqətlə nəzərdən keçiriləcək və müvafiq qaydada nəzərə alınacaqdır.

Əlaqə üçün məlumat:

ŞTələt Tağıyev - Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, Tel.: (994 50) 278 84 74

ŞTural Həziyev - Bakı Media Mərkəzi, Mikayıl Müşfiq küç, 2H, Tel.: (994 77) 333 11 03

Əlavə olaraq, şərhlər [email protected] ünvanına göndərilə bilər.