Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir
İqtisadiyyat

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

İşğaldan azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalını həyata keçirən sahibkarlıq subyektləri dövriyyə vəsaitlər üçün müvəkkil banklardan 2 ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər.

"Respublika" xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.

“İKZF sahibkarlıq subyektinin əvəzindən müvəkkil banka 8 faiz bəndi həcmində subsidiya ödəmək səlahiyyətinə malikdir. Sahibkarlıq subyektinin investisiya təşviqi sənədi varsa, Fond 10 faiz bəndi həcmində subsidiya vermək səlahiyyətinə sahibdir”, - deyə Elşən Kərimov bildirib.