Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüş
Digər xəbərlər

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüş

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Məhərrəm Qılınc ilə görüş keçirib.

Bəhruz Məmmədov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina təhlükəsi, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər, görülən işlər barədə qonağa məlumat verib. O, təkcə keçmiş təmas xəttinin deyil, həmçinin mülki təyinatlı ərazilərin, obyektlərin minalarla yüksək səviyyədə çirkləndirilməsinin, heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin qəsdən minalanmasının insanlıq əleyhinə törədilmiş cinayət olduğunu qeyd edib.

Görüşdə zamanı mina təhlükəsi ilə mübarizə sahəsində Türkiyə Respublikası ilə mövcud əməkdaşlıq, insanların sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququna, eləcə də ekoloji sistemə ciddi təhdidlər yaradan mina probleminə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə dair mümkün əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məhərrəm ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” devizi altında hər zaman Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya çatdırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

“Respublika”.