“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 1, maddə 1; 1995, № 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 444; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2008, № 10, maddə 886; 2011, № 2, maddə 71; 2013, № 2, maddə 95; 2016, № 1, maddələr 14, 19; 2017, № 4, maddə 518, № 11, maddə 1949; 2018, № 7 (I kitab), maddə 1403; 2021, № 6 (I kitab), maddə 561) 25-ci maddəsinin 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 iyun 2022-ci il