Rusiya iqlim dəyişikliyi səbəbindən daşqınlarla mübarizə aparır
Dünya xəbərləri

Rusiya iqlim dəyişikliyi səbəbindən daşqınlarla mübarizə aparır

Dünyadakı iqlim dəyişikliyi səbəbindən Rusiyanın müxtəlif bölgələrində daşqınlar yaşanır.

"Respublika" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, 30-dan çox rayonda 200-dən çox yaşayış məntəqəsi zərər çəkib.

Çaylarda su axınının kritik həddə çatdığı və fövqəladə vəziyyət elan olunduğu Orenburq, Tümen, Kurqan və Altay vilayətlərində minlərlə ev, bağça və onlarla körpü su altında qalıb. Sözügedən bölgələrdəki yaşayış məntəqələrində köməksiz qalanların xilasetmə və təxliyyə prosesi günlərlə davam edib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".