Şəhid  ailələri  ziyarət  olunur
Region

Şəhid  ailələri  ziyarət  olunur

Vətən  müharibəsində  qəhrəmanlıq  göstərərək  döyüşlərdə  şəhid  olan   Neftçala  şəhər  sakini   İmanzadə  Ayaz  Daşqın  oğlunun  və  Qaralı  kənd  sakini   Pəncalı  Bəhmən  oğlu  Hüseynovun  şəhidlik  zirvəsinə  ucalmasından  bir  il  ötür.

Qəhrəman şəhidlərimizin   ildönümü mərasimlərində  iştirak edən Neftçala Rayon  İcra Hakimiyyətinin başçısı  Mirhəsən Seyidov, RİH-in  məsul şəxsləri, rayonun  hüquq-mühafizə  orqanlarının,  idarə,  müəssisə  təşkilatların rəhbərləri, din  xadimləri, qazilər  və  şəhid  ailələri hər iki şəhidin ata  ocağını ziyarət edərək  valideynləri  ilə  görüşdülər.

Şəhid İmanzadə Ayaz  Daşqın oğlu 3  dekabr 1996-cı ildə Neftçala şəhərində  anadan olub. Azərbaycanın  Respublikasının ərazi  bütövlüyü  uğrunda  başlayan  Vətən  müharibəsində  gedən  döyüşlərdə iştirak edib, şücaət  göstərib və Füzuli şəhəri  uğrunda gedən ağır  döyüşlərdə qəhrəmancasına  şəhid  olub.  Oktyabr  ayının 2-də Neftçala şəhərində  Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan  Prezidenti İlham Əliyevin  müvafiq sərəncamlarına  əsasən Ayaz İmamzadə  ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə,” "Füzulinin azad olunmasına görə" və  "Şuşanın  azad  olunmasına  görə"  medalları  ilə təltif edilib.

 Pəncalı Bəhmən oğlu Hüseynov 7 may 2001-ci ildə Neftçala rayonunun  II Qaralı  kəndində anadan olub. Azərbaycan Respublikasının  ərazi  bütövlüyü  uğrunda  27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən  müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli  şəhəri uğrunda  gedən  ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.  Oktyabr ayının 2-də  Neftçala  rayonu Qaralı kənd qəbiristanlığında dəfn  olunub. Azərbaycan  Prezidenti cənab İlham  Əliyevin müvafiq  sərəncamlarına əsasən   Pəncalı Hüseynov   ölümündən sonra "Vətən  uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.  

 Ərəstun  ABDULOV,     

“Respublika”.