YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Digər xəbərlər

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində oktyabrın 21-də partiyanın Binəqədi, Siyəzən və Balakən rayon təşkilatları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Binəqədi rayonunda YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Siyəzən rayonunda YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Balakən rayonunda YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Milli Məclisin deputatı Kamilə Əliyeva və başqaları çıxış ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın qazandığı nailiyyətlərdən bəhs olunub.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, Tədbirlər Planına uyğun olaraq oktyabrın 21-də YAP Səbail rayon təşkilatının gənc üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

X.KOSAYEV,

“Respublika”.