Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
İdman

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

"Respublika"  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-21 iyunun 7-də səfərdə slovakiyalı yaşıdları ilə qarşılaşacaq.

Senets şəhərində yerləşən təlim-məşq mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.