Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən
Məktublar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri adından Sizə doğum gününüz münasibətilə ən xoş arzularımızı çatdırırıq. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə və işğaldan azad etdiyiniz Qarabağda apardığınız bərpa–quruculuq işlərində müvəffəqiyyətlər diləyirik.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin illik Qlobal Bakı Forumunda və mərkəzin dünya üzrə təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edən dostları həm də Azərbaycanın dostlarına çevriliblər. Biz ümidvarıq ki, Sizin səyləriniz regionda davamlı sülhün bərqərar olunması, işğaldan azad edilmiş ərazilərin tezliklə yenidən qurulması ilə nəticələnəcək.

Zati-aliləri, fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz yüksək inam və etimada, həmçinin davamlı böyük dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

 Vayra Vike-Freyberqa

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri

 

İsmail Serageldin

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri

 

Boris Tadiç

2004-2012-ci illərdə Serbiyanın Prezidenti

 

Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

 

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

 

İv Leterme

2008, 2009-2011-ci illərdə Belçikanın Baş naziri

 

Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri

2012-2015-ci illərdə Baş nazirin müavini

 

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

 

Tarya Halonen

2000-2012-ci illərdə Finlandiyanın Prezidenti

 

Filip Vuyanoviç

2003-2018-ci illərdə Monteneqronun Prezidenti

 

Kolinda Qrabar-Kitaroviç

2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti

 

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi,

1991-2001-ci illərdə Misirin xarici işlər naziri

 

Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini

 

Katerina Yuşenko

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı

 

Marianna Vardinoyannis

UNESCO-nun xoşməramlı səfiri

 

Jan Baderşnayder

Quldarlığın Müasir Formalarının aradan qaldırılması üzrə Qlobal Fondun Şura sədri,

2000-2013-cü illərdə “Exxon Mobile” şirkətinin vitse-prezidenti

 

Mladen İvaniç

2014-2015, 2016-2017-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

 

Rövşən Muradov

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi