Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə və Macarıstanın İsveçin NATO-ya üzvlük iddiasının təsdiqi ilə bağlı yaxın koordinasiyada olduğunu bildirib.
"Respublika" "Daily Sabah"a istinadən bildirir ki, Budapeştdə macar həmkarı Peter Szijjarto ilə keçirdiyi mətbuat konfransında nazir Fidan Stokholmun Türkiyənin təhlükəsizlik problemlərini həll etmək üçün bəzi addımlar atdığını, lakin hələ də əlavə addımlar atmalı olduğunu söyləyib.
Nazir, həmçinin bildirib ki, Türkiyə Parlamenti oktyabrda yenidən açıldığı zaman İsveçin üzvlük məsələsini müzakirə edəcək.