SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)
Reklam və elanlar

SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)

MÜSTƏQİL AUDİTOR HESABATI

Meqa SığortaASC-nin səhmdarlarına

 Maliyyə hesabatlarının auditi barədə hesabat

Rəy

Biz, “Meqa SığortaASC-nin (bundan sonra "Şirkət") 31 dekabr 2022-ci il tarixində bitən il üzrə maliyyə vəziyyəti haqqında hesabatları, məcmu gəlir, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti haqqında həmin tarixdə bitən il üzrə hesabatlar, mühüm uçot siyasətlərinin xülasəsi digər izahlı məlumatı əks etdirən qeydlərdən ibarət verilmiş maliyyə hesabatlarını audit etdik.

Fikrimizcə, maliyyə hesabatları Şirkətin 31 dekabr 2022-ci il tarixinə olan maliyyə vəziyyətini həmin tarixdə bitmiş il üzrə maliyyə nəticələri pul vəsaitlərinin hərəkəti haqqında hesabatları bütün əhəmiyyətli aspektləri baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq obyektiv şəkildə təqdim edir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Mühasiblər üçün Beynəlxalq Etik Standartları Şurasının Etik Məcəlləsi (MBESŞ Kod)-nin etik normalarının tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilik biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli münasibdir.

Digər Maddə Paraqrafı

31 dekabr 2021-ci il tarixində başa çatan il üçün şirkətin konsolidə edilmiş maliyyə hesabatları, 23 sentyabr 2022-ci il tarixli hesabatı ilə əlaqədar dəyişdirilməmiş rəy bildirən başqa bir auditor tərəfindən yoxlanılmışdır.

Rəhbərliyin maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq ya səhvlər nəticəsində yarana bilər ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

lMaliyyə hesabatlarında saxtalaşdırma ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır icra edir rəyimiz üçün əsas təşkil edəcək kafi müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki, saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur,

lMövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.

lİstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.

lRəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə Şirkətin fəaliyyətin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub-olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilərsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə şərtlər Şirkətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.

lMaliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd hadisələri əks etdirib-etdirmədiyini təhlil edirik.

Biz auditin mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.

GRANT THORNTON

Baku, Azerbaijan

30 mart 2023- il.