DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Lev Trotski

Stalini səksəkəyə salan bu adam XX əsrin tanınmış inqilabçısı, Vətəndaş müharibəsinin təşkilatçılarından biri kimi tarixdə iz qoyub. Söhbət marksist inqilabçı, Sovet İttifaqının siyasi xadimi, Qırmızı ordunun qurucusu trotskizm nəzəriyyəsinin banisi Lev Trotskidən gedir...

Əsl adı Leyba Davidoviç Bronşteyn olan Lev Trotski Yanovka kəndində varlı yəhudi ailəsində doğulub. Leybanın valideynləri savadsız olsalar da, təsərrüfat sahəsində kifayət qədər yaxşı təcrübəyə sahib idilər. Bu səbəbdən , kəndlilər üzərində öz zəhmlərini göstərərək yaxşı pul qazanırdılar. Ailənin tək övladı olan Leybanın birlikdə gəzib oynayacağı dostu yox idi. Onunla birgə böyüyən kənd uşaqlarına isə daim yuxarıdan aşağı baxırdı. Bəlkə balaca oğlanda formalaşan məhz bu xüsusiyyət gələcəkdə insanlar üzərində hökmünü gerçəkləşdirməyə təkan verəcəkdi...

Leybanın 10 yaşı tamam olanda valideynləri onu Odessaya yəhudi uşaqların təhsil aldığı ən nüfuzlu məktəblərin birinə göndərirlər. Qısa müddətdə məktəbin ən nümuməvi şagirdinə çevrilib rəsmə, ədəbiyyata dərin maraq göstərir. Yəqin ki, həmin illərdə elmə bağlı olan bu yeniyetmə inqilab haqda heç düşünmürdü belə...

Təhsilinin son ilində 17 yaşlı Leyba inqilabı təbliğ edən sosialistlərin dərnəyinə üzv olur. Burada o, Karl Marksın əsərləri, azadlıq, bərabərlik haqda fikirlərilə tanış olub marksizmin pərəstişkarına çevrilir. Həmin müddətdə iti düşüncəsi liderlik sevdası özünü büruzə verməyə başlayır. İnqilab xəyalları quran gənc Cənubi Rus Fəhlələrinin Birliyini yaradır. 19 yaşlı Leyba bu fəaliyyətinə görə 2 il müddətinə azadlıqdan məhrum edilir Sibirə sürgünə göndərilir. Burada olduğu müddətdə özünə saxta pasport düzəltdirib, adını dəyişir. Elə hər şey buradan başlayır...

Trotskinin şəxsi həyatı inqilabi fəaliyyətilə sıx bağlı idi. İlk xanımı Aleksandra Sokolovskaya ilə ailə quranda cəmi 16 yaşı vardı. Mənbələrə görə, Levdən 6 yaş böyük olan Aleksandranın onun inqilabçı olmağında böyük rolu olub. Trotskinin qarşısında marksizmin qapılarını açan da məhz birinci xanımıdır.

Toydan bir neçə gün sonra Sibirə sürgün edilən cütlüyün Zinaida Nina adlı qızları dünyaya gəlir. Kiçik qızları 4 aylıq olanda Lev ailəsini atıb, sürgündən qaçır.

Parisdə olduğu müddətdə isə ikinci xanımı Natalya Sedova ilə rastlaşır. Natalya Leninin rəhbərliyilə nəşr olunan "İskra" qəzetində çalışırdı. Bu zərif xanım incəsənət aşiqi idi. Parisin ən məşhur rəssamlarının qarşısında çılpaq model qismində çıxış edir, azadfikirli gənc parislilərin açıq-saçıq gecələrinə qatılırdı. Onun bu həyat tərzi Trotskini qıcıqlandırsa da, valeh olduğu qadını tezliklə ovsunlamağı bacarır. Alovlu məhəbbət Trotskiyə ilk nikahını unutdurur. Natalyadan Trotskinin Lev Sergey adlı iki oğlu dünyaya gəlir. Ümumilikdə 4 övladı olan Trotskinin qızları oğlanları çox gənc yaşda faciəvi şəkildə dünyalarını dəyişiblər.

Ümumiyyətlə, Trotskinin həyatında çox qadın olub. Deyilənlərə görə, Raskolnikovun xanımı ərinin gözü önündə Trotski ilə eşq macərası yaşayıb. Onu çox sevən qadınlar arasında məşhur rəssam Frida Kalo da olub.

Dünya inqilabçılarının düşmənləri ilə mübarizədə olduqca sərt qəddar rəqib olan Trotski Leninin ölümündən sonra Stalin siyasətinə qarşı çıxmış, müxalif mövqeyə keçmişdir. Məhz bu səbəbdən , Stalin Trotskini dünya tarixindən silmək üçün onun qətlinə fərman verir ona sui-qəsd təşkil edir. Elə həmin il NKVD-nin casusu Roman Merkader Trotskini qətlə yetirir. Rəsmi mənbələrə görə, Lev Trotskinin ölümünə görə NKVD 5 milyon dollardan keçməli olur.

Bütün ittihamlara rəğmən, Lev Trotski-Leyba Bronşteyn tarixdə bir çox ilklərin müəllifi, yəhudi dərrakəsi, dərin düşüncəsi əsl rəhbərə xas əzmi ilə öz adını dünya inqilab tarixinə qızıl hərflərlə yazmağı bacarıb...

 

Ceyn Ostin

"Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir". Bu sözlər çox gənc yaşda həyatını itirmiş tanınmış ingilis yazıçısı Ceyn Ostinin ona məşhurluq qazandıran "Qürur qərəz" romanındandır. İngilis ədəbiyyatının "birinci xanımı" kimi tanınan yazıçıya milyonlarla oxucu kütləsi qazandıran bu əsəri barədə "bəzi kitabların yaşı yoxdur" ifadəsini işlətsək, lap yerinə düşər. Çünki illər keçsə , əsər əvvəlki tək sevilməkdə davam edir...

Ceyn Ostinin həyatı haqqında salamat qalan məktublardan ailə üzvlərinin yazdığı kiçik bioqrafik notlardan əlavə məlumat yoxdur. Bəzi mənbələrdəki məlumata görə, yazıçı Steventson, Hampshire bölgəsində valideynlərinin onu gözlədiyindən 1 ay daha gec doğulubmuş. Kənd keşişinin yeddinci uşağı olan Ceyn zəngin, nüfuzlu bir ailədən olub.

Öz dövrünə uyğun gözəl təsvirlər obrazlar yaratdığına görə romanları ilə klassiklər sırasında yer almağı bacaran məşhur yazıçının özünəməxsus yazı üslubu var idi. Belə ki, o tək qalmağa üstünlük verirdi. Kiminsə yaxınlaşdığını ya otağa daxil olduğunu gördükdə isə tələsik yazını dayandırır, kağız-kuğuzu yığışdırırdı. Deyilənlərə görə, Ceyn romanlarını lələk mürəkkəblə yazırmış. Yazıçının mürəkkəbinin tərkibi isə bu cürdür: "8 yemək qaşığı qallium turşusu, 4 qaşıq dəmir sulfat, 3 qaşıq qatran yarım litr boyat pivə. Bunlar qarışdırılır. İçinə bir az şəkər qatılır. 14 gün müddətində bacanın yanında saxlamaq hər gün iki dəfə möhkəmcə qarışdırmaq lazımdı...".

Ölümündən sonra daha çox populyarlıq qazanan bu yazıçı çox sayda romanların müəllifidir. Onun romanları əsasında bir neçə film çəkilib. XIX əsrdə sosial hadisələrə ironik baxışı yaratdığı güclü qadın obrazları ilə müasir roman dilini formalaşdıran yazar hesab edilir. Yazıçı heç vaxt evli olmasa da, romanlarında ən güclü qadın personajların çətin sevgi prosesini təsvir edib demək olar ki, bütün romanlarını xoşbəxt sonluqla bitirib.

Həyatının son illərində Addison adlı çox nadir bir xəstəlikdən (böyrəküstü vəzinin qabıq maddəsinin hormonunun çatızmaşlığı olduqda yaranan xəstəlik, dərinin tunc rəng alması xəstəliyin spesifik əlamətidir) əziyyət çəkən yazıçı 41 yaşında dünya ilə əbədi olaraq vidalaşıb. Onun son sözləri isə belə olub: "Ölməkdən başqa heç istəmirəm...".

 

Fris Haber

Yəhudi əsilli alman kimyaçısı, Nobel mükafatı laureatı Fris Haber... Haqqında bəhs edəcəyimiz bu elm adamı sözün əsl mənasında qaranlığın aydınlığın tək bədəndə təzahürünün mümkün olduğunu göstərən yeganə sübutdur. O, həm insanların aclıqdan ölməsinin qarşısını alıb, həm kütləvi qırğına səbəb olan kimyəvi silahların hazırlanmasında mühüm rol oynayıb. Bu səbəbdən onu çox vaxt "kimyəvi müharibənin atası" adlandırırlar...

Alim Prusiyada Breslau şəhərində ziyalı bir yəhudi ailəsində doğulsa da, bütün həyatı boyunca özünü qatı alman millətçisi kimi aparmışdır. Universitetdə kimya təhsili alan Haber təhsilini bitirdikdən sonra doktorluq dissertasiyasını müdafiə etmiş, onun əsas fəaliyyəti isə azotun təsbit edilməsinə imkan verən kəşfi olmuşdur. Haberin ixtira etdiyi aparat azotu ammonyaka çevirirdi. Haberdən əvvəl alimlər ammonyak istehsal etməyi bacarmırdı. Ancaq onun ixtirası bu məsələni kökündən həll etdi. Əslində, bu zaman Haberin məqsədi heç dünyadakı aclıq probleminə təsir etmək deyildi. O, müharibə üçün zəhərli qazlar yaratmağa çalışırdı. Çünki ammonyak partlayıcı maddələrin başlıca elementlərindən biri idi. Bununla belə, onun sənaye sahəsində gübrə istehsal etməyə imkan verən ixtirası milyonlarla insanın qidalanması üçün gərəkli olan məhsulların çoxalmasına ucuzlaşmasına səbəb oldu. Məhz bu ixtiradan sonra Haber Nobel mükafatına layiq görüldü.

Bəlkə alim Nobel mükafatını aldıqdan sonra araşdırmalarını eyni istiqamətdə davam etdirsəydi, o zaman bəşəriyyət tarixinin ən böyük xilaskarı kimi xatırlana bilərdi. Lakin I Dünya müharibəsinin başlaması ilə birlikdə onun üçün qaranlıq dövr başlandı. Alman Müdafiə Nazirliyi ona o dövrdə "kimyəvi müharibənin atası" adını verməklə bir missiya da vermiş oldu. Buna səbəb müharibə dövründə işlədiyi qrup ilə birgə ixtira etdiyi xlor qazı idi. Həmin dövrdə Haber yəhudilikdən imtina etmişdi, çünki artan antisemitist təzyiqlər onun akademik mövqeyinə zərər verirdi.

Müharibə dövründə geri dönüşü mümkün olmayan bir yola girən Haber daha sonra Almaniya üçün gizli kimyəvi silahlar hazırlamağa davam etdi. Nəticədə Almaniya onun vətəni idi vətənini qorumaq üçün bütün biliyindən istifadə edirdi. Almanlar onu Kaiser Wilhelm İnstitutunun rəhbəri təyin etdi.

Alimin şəxsi həyatı da gərginliksiz ötüşməyib. Həyatı boyu 3 dəfə ailə quran Haberin birinci evliliyi şəkər fabrikinin sahibinin qızı Klara adlı kimyaçı xanımla olub bu izdivac faciəvi sonluqla bitib. Belə ki, evləndikdən karyerasını itirdikdən sonra getdikcə depressiya halları ilə üzləşən Klara Haber ilə olan mübahisədən sonra özünü ürəyindən vuraraq intihar edib. Qeyd edək ki, bu evlilikdən cütlüyün bir oğlu dünyaya gəlib. Alimin digər 2 evliliyi isə boşanma ilə nəticələnib.

Sağlamlığı ilə bağlı ciddi problemlər yaşayan Haber 65 yaşında ürək çatışmazlığı səbəbindən vəfat edib. Fris Haber bəşəriyyət tarixində öz imzasını qoymağı bacarsa da, ölümündən sonra indiyə qədər cavabsız qalan bu sualı miras qoyub getdi: Haber qıtlığın qarşısını alan bir dahi idimi, yoxsa milyonlarla insanın ölümünə səbəb olan canimi?..

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".