MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ
Maraqlı

MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

ŞEYX ZAYED MƏSCİDİ

İslam memarlığının simvolu olan Şeyx Zayed məscidi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşir. Ölkənin ən əzəmətli dini binası Əmirliyin ilk başçısının şərəfinə adlandırılıb. Ənənəvi Şərq üslubunda dizayn edilən məscidin tikintisi 500 milyon ABŞ dollarına başa gəlib. 2007-ci ildə tikintisi başa çatan məbədin inşaat işlərinə 3000-dən çox işçi 38 tikinti şirkəti cəlb olunub. Türkiyə, BƏƏ, İran, Malayziya, Çin, Birləşmiş Krallıq, Yunanıstan, Yeni Zelandiya, Marokko, Almaniya kimi ölkələr bu layihədə iştirak edib.

Ümumi sahəsi 12 hektar olan dini kompleksin minarələrinin hündürlüyü 115 metrdir. Şeyx Zayed məscidinin interyerində fasadında  mərmər, rəngarəng kristallar, keramika, yarımqiymətli daşlar 24 karatlıq qızıldan istifadə edilib. Cilalanmış mərmərlə üzlənən məscidin daxili divarları qızılla bəzədilib. Məscidin  interyerində 82 günbəz, 1000-dən çox sütun qızılla örtülmüş çilçıraqlar quraşdırılıb. 9000 insan tutumuna malik əsas ibadət zalındakı çilçıraq ölçüsünə görə, hətta "Ginnesin rekordlar kitabı"na da daxil edilib. Məscidi bəzəyən 5627 kvadratmetrlik dünyanın ən böyük xalçasının ümumi çəkisi isə 47 tondur. Bu möhtəşəm sənət əsərinin yaradılmasında 1200-ə yaxın toxucu, iyirmi texniki otuz işçi qrupu çalışıb.

Hər tərəfdən tropik bitkilərlə əhatə olunmuş məscidin yaxınlığında qiymətli daş - qaşlarla bəzədilmiş Şeyx Zayedin məzarı yerləşir.

“DALĞA” BİNASI

Danimarkanın Vejle şəhərində inşa olunan "Dalğa" binası öz unikal görünüşünə görə dünyanın qeyri-adi yaşayış komplekslərindən biridir. Bina hələ tikintisi başa çatmamış 2009-cu ildə "Buggeri" jurnalının təsis etdiyi "İlin binası", 2012-ci ildə  "İnnovativ Memarlıq" nominasiyasında "ABB LEAF" 2013- ildə isə "Civic Trust" mükafatına layiq görülmüşdür. "Henning Larsen Architects" bürosu tərəfindən layihələndirilən yaşayış kompleksinin inşaat işləri 11 il çəkib. Danimarkanın düz landşaftını nəzərə alan dizaynerlər layihələrində dəniz dalğası formasından istifadə etməklə mükəmməl memarlıq nümunəsi yaradıblar.

Mürəkkəb formalı yaşayış kompleksi 5-9 mərtəbəli binadan ibarətdir. Ümumilikdə 14000 kvadratmetr sahəni əhatə edən kompleksdə 97 198 kvadratmetrlik 100 mənzil var. Şüşə eyvanlar, mansard tavan pəncərələri sayəsində binanın mənzilləri daha işıqlı geniş görünür. Bir tərəfdən, yüksək təpələrə, digər tərəfdən isə dəniz mənzərəsinə açılan panoramalı pəncərələr otaqların interyerinə  xüsusi gözəllik verir. Binanın dekorasiyasında təbii materialdan istifadə olunduğu üçün mənzillərin eyvanlarının döşəmələri taxtadandır. Futuristik bina dünyanın hər yerindən gələn turistlərin diqqətini cəlb edir

“VİTRA” DİZAYN MUZEYİ

Heyrətamiz görünüşü mürəkkəb dizaynına görə XX əsrin ən məşhur strukturlarından biri olan "Vitra" Dizayn Muzeyi 1989-cu ildə Almaniyanın Reyn bölgəsində inşa olunub. Müasir memarlığın banisi Frenk Gerinin ilk əsəri olan muzey  əvvəlcə "Vitra" şirkətinin prezidenti Rolf Felbaumun mebel kolleksiyasını nümayiş etdirmək üçün nəzərdə tutulub. Lakin sonralar burada müasir  dizayn memarlıq əsərləri sərgiləndiyi üçün bina muzey kimi fəaliyyət göstərməyə başlayıb. Burada sərgilənən Le Korbuzye, Lui Kan, Ron Arad, İssi Miyake, Rudolf Ştayner kimi rəssamların ekspozisiyaları daha sonra Avropanın ən böyük muzeylərində nümayiş olunub.

Dekonstruktivizm üslubunda layihələndirilən muzeyin fasadında yalnız rəngdən istifadə edilib, pəncərələr isə binanın damında  quraşdırılıbDünyanın ən böyük müasir mebel interyer dizaynına həsr edilmiş  kolleksiyanın yer aldığı "Vitra" Dizayn Muzeyində arxiv, bərpa konservasiya laboratoriyası, tədqiqat kitabxanası emalatxanalar fəaliyyət göstərir. Burada Corc Nelson, Alvar Aalto, Verner Panton, Diter Rams, Jan Pruve, Riçard Xatten Maykl Tonet kimi dizaynerlərin əl işləri sərgilənir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".