Rəşadəti ilə əfsanəyə çevrildi
Region

Rəşadəti ilə əfsanəyə çevrildi

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Azərbaycanımızın hər yerində olduğu kimi, İmişli rayonunda da ənənə halını alıb.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mətləb Murğuzov, rayon prokuroru Valeh Səmədov, polis şöbəsinin rəisi Füzuli Şıxəliyev Aprel döyüşləri zamanı şəhid olmuş leytenant Dədəkişiyev Cavid Gülbaba oğlunun ailəsinə, onun doğulduğu Qaralar kəndində baş çəkdilər. RİH başçısı Elçin Rzayev şəhidimizin ailə üzvləri ilə söhbət aparıb, onları narahat edən problemlərlə tanış oldu. Cavid Dədəkişiyev 1988-ci ilin 5 iyul tarixində İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ailənin birinci övladı olan Cavid 2006- ildə İmişli rayonunda Namiq Abışov adına tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdu. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixdə leytenant rütbəsi almış, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə vəzifəsinə başlamışdır. 2016- ilin aprelin 1-dən 2- keçən gecədən başlayaraq Azərbaycan Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər Cəbrayıl, Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Cavid Gülbaba oğlu Dədəkişiyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. 2 aprel 2016- il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmancasına şəhid oldu. Aprelin 11- Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində torpağa tapşırıldı. Dəfn mərasimində minlərlə rayon sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri zabitləri qatıldı. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Cavid Gülbaba oğlu Dədəkişiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Qeyd edək ki, bundan əvvəl Cavid "Qüsursuz xidmətə görə" 3- dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi medalı ilə təltif edilmişdir.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət qayğıya görə ölkə Prezidenti İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər

Ərəstun ABDULOV,

"Respublika".