Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları
Sosial həyat

Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları

Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil, təlim-tərbiyə alması, Vətən xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur.

Müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən ulu öndər Heydər Əliyev demişdir: "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir".