DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Mao Tzsedun

Çin Xalq Respublikasının yaradıcısı Mao Tzsedun... Dünyanın ən çox öyrənilən 100 şəxsiyyəti siyahısında  özünəməxsus yeri olan bu lider yalnız siyasi fəaliyyəti deyil, həm qeyri-adi şəxsi həyatı ilə yaddaşlarda qalıb...

Əbədi yaşamaq Çin liderinin ən böyük arzusu olub o, bu arzusunu dilə gətirməkdən çəkinməyib. Hətta bu arzu ilə bağlı çinlilərin "Maoya 10 min il" şüarı dövrün ən populyar ifadəsinə çevrilib. Ümumiyyətlə, Mao həmkarlarından, digər siyasi liderlərdən həyata baxışları ilə fərqlənib. Onun yaşam tərzi, qidalanma, uzunömürlülüklə bağlı öz "nəzəriyyəsi" olub. Çin lideri heç vaxt həkimlərə qulaq asmayıb, onların tövsiyələrinə məhəl qoymayıb, qida, yuxu, istirahət rejiminə əməl etməyib. O, səhhətində nasazlıq yarananda daha çox xalq təbabəti üsullarına üstünlük verib.

Həyatı boyu yuxusuzluqdan əziyyət çəkən Mao yuxu dərmanlarından istifadə etməyə məcbur qalıb. Gecələr yuxusuz qalan lider yuxudan günorta saatlarında durub bunu normal hal kimi qəbul edib. Mao öz təhlükəsizliyi üçün hədsiz dərəcədə narahat bir insan olub. Onu hətta evində olarkən 100 nəfər mühafizə edib. Mühafizəçiləri xüsusi qaydada seçən lider savadlı adamları xidmətə qəbul etməyib. Onlar əsasən ucqar rayonlardan seçilib. İşə götürəcəyi insanlarla söhbəti Mao şəxsən özü aparıb.

Mao üçün gigiyenik qaydalar mövcud olmayıb. Belə kiduş qəbul etməyi, çimməyi sevməyən lider bunu mənasız vaxt enerji itkisi kimi qəbul edib. Çin lideri çimməyi bədənini yaş dəsmalla silməklə əvəzləyib. Maraqlı burasıdır ki, hətta xidməti personal bu proseduru o, masasının arxasında əyləşəndə həyata keçirib.

Heç vaxt dişlərini fırçalamayan lider ağız boşluğunu qarqara etməklə, dişlərinə yaşıl çayın yarpaqlarını sürtməklə kifayətlənib. Mao bu işdə "haqlı" olduğunu belə əsaslandırıb: "Pələng dişlərini fırçalamır, amma onun dişləri həmişə itidir...".

Mao ömrünün sonunadək heç vaxt rejimlə qidalanmayıb. Bu işdə onun əsas prinsipi " vaxt acdınsa, o vaxt da yeməlisən" olub. Həkimlərin qadağasına baxmayaraq, Çin liderinin ən sevimli yeməyi qızardılmış yağlı donuz əti olub. O, çox vaxt yeməyini masasında yeyib.

Yaşam tərzi seçimində özünü "ağıllı" sayan Maonun sağlamlığı heç yerində olmayıb. O, hələ gənclik yaşlarından mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkib. Maounun uzunömürlülük "nəzəriyyəsi"ndəki  ən başlıca amil isə  eşq həyatı sayılıb. Məşuqələrinin sayı-hesabı olmayan lideri həkimlər bu çirkin işindən çəkindirə bilməyiblər...

Əbədi yaşamaq arzusunda olsa da, özünə uzunömürlülük "qayda-qanunu" yazsa da, 65 yaşından sonra Çin liderinin səhhətində daha böyük problemlər yaranmağa başlayıb. Üç dəfə infarkt keçirən, eşitmə görmə qabiliyyətini zaman-zaman itirən rəhbərə məşuqələri, heç vaxt qulaq asmaq istəmədiyi həkimlər kömək edə bilməyiblər. Lider hər kəsdən gizlədiyi yoluxucu xəstəlik üzündən 82 yaşında vəfat edib...

 

Coan Ketlin Roulinq

Coan Ketlin Roulinq... Dünyaya  "Harry Potter" kimi məşhur romanları bəxş edən bu ingilis yazıçısı haqqında o qədər hekayələr danışılıb yazılar yazılıb ki, çətin ki biz bu deyilənlərə təzə nəsə əlavə edə bilək. Bu xanım təkcə "Harry Potter"in fanatları arasında deyil, kitab oxumağı sevməyən insanlar arasında da kifayət qədər  məşhurdur...

Dünyanın ən zəngin yazıçısı olan Coanın bütün həyatı prinsip etibarilə başdan-başa sınaqdan ibarətdir. Onun həyatının keşməkeşləri hələ məktəb vaxtlarından başlayıb. Belə ki, yazıçının öz sözlərinə görə, o məktəbə getməyə nifrət edirmiş, çünki sinif yoldaşları onu heç xoşlamır, Roulinqi heç sevmirdilər.

Bütün bunların üstünə sonralar gənc qızın anasının bərk xəstələnərək iflic olması da əlavə olunur. Üstəlik anası dağınıq sklerozdan da əziyyət çəkirdi. Atasına gəldikdə  isə münasibətləri heç   yaxşı deyildi. Məhz anasına baxmalı olduğu üçün Coan Roulinq "Oxford" universitetinin tələbəsi ola bilmir, baxmayaraq ki, o qəbul imtahanını verə bilmişdi. Daha sonra o, Ekstersk universitetinə daxil olur, buranı isə  fransız dili ixtisası üzrə başa vurur.

Qısa müddət sonra Roulinqin anası vəfat edir. Bu itki gələcək yazıçının həyatına o qədər təsir edir ki, o, İngiltərəni tərk etmək qərarına gəlir. Beləliklə, İngiltərəni tərk edən Roulinq bir neçə illiyə Portuqaliyada məskən salır. Burada o, ingilis dilindən dərs deyir bütün boş vaxtını roman yazmağa sərf edir. Lakin sonradan bu məşğuliyyətlərin hər ikisini lazımsız hesab edərək onları dayandırır. Elə bu ərəfədə   tələbəsi Xorxe Arantesə ərə gedir, lakin üstündən cəmi bir il keçməmiş onlar boşanırlar. Bu nikahdan Coanın Cessika adlı bir qızı dünyaya gəlir o, qızını götürərək Böyük Britaniyaya qayıdır.   Məhz  həmin dövrdə Coan Roulinq "Harry Potter" haqqında  romanlarını yazmağa başlayır. Birinci kitabın yazılmasına Coan Roulinq iki il yarımdan çox vaxt sərf edir, ən maraqlısı isə odur ki, ilk öncə 20-dən çox nəşriyyat demək olar ki, Coanın ünvanını tapa bildiyi bütün ədəbiyyat agentləri romanı  nəşr etməkdən imtina edir. Ona görə "Bloomsbury" nəşriyyatı onun "Harry Potter fəlsəfə daşı" adlı ilk romanına olan hüquqları 4000  ABŞ dollarına almağa razılaşanda o, bunu əsl uğur kimi qiymətləndirir.

Əhvalatın maraqlı hissəsi isə məhz burada başlayır: cəmi bir neçə ay keçdikdən sonra Amerikanın məşhur nəşriyyatlarından biri kitabın ABŞ-da satışı üçün hüquq əldə edir, bunun sayəsində Coan Roulinq kifayət qədər pul qazanır ki, fransız dili müəllimliyini atıb, yazıçılıqla peşəkar səviyyədə məşğul olsun.

Onu da qeyd edək ki, yazıçı uzun müddət kliniki depressiyadan əziyyət çəkib. Yazıçının öz etiraflarına görə, gənc sehrbaz haqqında kitab yazmaq onun üçün bir növ terapiya olmuşdu. Məhz depressiyada olduğu üçün yazıçı insandan onun həyat sevincini "sovuran" dementorları (filmdəki mənfi obrazlar) yaratmışdı...

 

 

Antuan de Sent-Ekzüperi

Onun haqqında bu gün dünyada hörmət məhəbbətlə danışırlar. Yazdığı əsərləri ilə milyonların qəlbində özünəməxsus dərin bir iz buraxan bu dahi şəxsiyyət həm istedadlı yazıçı, həm göylərdə azad quş kimi süzən cəsur bir təyyarəçi idi. Obrazlı şəkildə desək, şair təbiətli bu insan cismən , ruhən göylərdə idi, yer üzü ona dar gəlirdi, ölkədən-ölkəyə, qitədən-qitəyə uçur, yerdə , göydə daim isə axtarırdı. Onun bu axtarışı günlərin birində özündən sonra çoxlu sayda əfsanələr qoyaraq ucsuz-bucaqsız səmalarda idarə etdiyi təyyarə ilə sirli bir şəkildə əbədiyyətə qovuşdurdu... Söhbət adını dünya ədəbiyyatı hərbi hava qüvvələri tarixinə əbədi olaraq həkk etdirən fransız yazıçısı təyyarəçisi Antuan de Sent-Ekzüperidən gedir...

Fransanın Lion şəhərində zadəgan ailəsində anadan olan bu yazıçısı ailənin üçüncü uşağı idi. Özündən başqa daha 4 bacı qardaşı vardı. Həyat balaca Antuanı anadan olandan sınağa çəkməyə başlamışdı. 4 yaşı olanda atası vəfat etdi bundan sonra ömrünün sonuna kimi atasının üzünü xatırlaya bilmədi. Balaca Antuanın tərbiyəsi ilə anası Mari de Fonkolomb məşğul olurdu. Uşaq vaxtı anasından eşitdiyi nağıllar sayəsində  isə ədəbiyyata marağı oyanmışdır. Amma o sanki yer üçün deyil, göylər üçün doğulmuşdu.

Yazıçı "Balaca şahzadə", "İnsanlar planeti" başqa məşhur əsərlərin müəllifidir. Amma yazıçı ömrünün çox hissəsini yazı masası arxasında deyil, səmada keçirib. Belə ki, Ekzüperi dövrünün məşhur təyyarəçilərindən biri olub. Təyyarəyə böyük marağı isə əsgərlik illərindən yaranıb. Sonralar aviaqəzaya uğrayaraq kəllə-beyin travması alır. Odur ki, bir müddət peşəsindən uzaq düşür. Parisə yerləşən Ekzüperi yazıçılıqla məşğul olur. Yazılarından uğur qazana bilmədiyinə görə müxtəlif işlərə əl atır: maşın satır, kitab mağazasında satıcı işləyir.

Onu sonsuzluğa aparan səma yolçuluğu isə Hitler Almaniyasının Polşaya hücumu ərəfəsində baş verir. Belə ki, 44 yaşlı Ekzüperi könüllü şəkildə cəbhəyə yollanır hərbi aviasiya kəşfiyyat hissəsində xidmət etməyə başlayır. Dostları ona yazıçı kimi xalqına daha çox xeyir verəcəyini məsləhət görsələr , Ekzüperi bununla razılaşmır.

Əslində Ekzüperi ölümün addımbaaddım onu izlədiyini sanki  hiss etmişdi. Seçdiyi riskli yolun günlərin birində onu əbədiyyətə aparacağını anlayırdı. İş orasındadır ki, Ekzüperinin qolunun yarısı yaxşı işləmirdi o, bu səbəbdən təyyarəsini olduqca çətinliklə idarə edirdi. Son uçuşundan bir ay əvvəl qəzaya uğramış yalnız möcüzə sayəsində ölümdən xilas ola bilmişdi. Amma heç kim, hətta onun özü belə, ölümün qəfil müəmmalı şəkildə gələcəyini gözləmirdi.

Ekzüperinin təyyarəsinin vurulması, qəzaya uğraması ya özünün düşmən əlinə keçməsi barədə isə uzun illər hər hansı bir məlumatı əldə etmək mümkün olmadı. Hətta belə şayiələr dolaşdı ki, o, özünə qəsd edib. Lakin "Horizonta" adlı balıqçı gəmisində onun tora ilişən gümüş qolbağı tapıldıqdan sonra  söz-söhbətlərin arası səngidi.

Onun təyyarəsini vurmuşdularmı, yoxsa yanacağı qurtardığı üçün yerə enərək əsir alınmışdı? Əgər təyyarəsini vursaydılar ya onu əsir alsaydılar onda hökmən barəsində isə məlum olmalı idi. Vurulduğu ehtimal edilən təyyarəsinin yalnız son illərdə cüzi qalıqları tapılıb. Ancaq yenə hansı şəraitdə öldüyü barədə iynə ucu boyda belə bir iz yoxdur. Ortada yalnız ehtimallar var...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".