Yaddaşlarda qəhrəman gənc kimi yaşayacaq
Sosial həyat

Yaddaşlarda qəhrəman gənc kimi yaşayacaq

Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq! Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

Vətən müharibəsi şəhidi Mətləb Zülfüqar oğlu Əkbərov 2001-ci il yanvarın 21- Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açıb. 2007-2018-ci illərdə Siyəzən rayon Yenikənd kənd Vüqar Qasımov adına tam orta məktəbində təhsil almışdır. 24 yanvar 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Xidmətinə görə tərifnamə ilə təltif olunmuşdur. 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurmuş, sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri Mətləb Əkbərov 2020-ci il sentyabrın 27- Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Oktyabrın 8-i Mətləb sonuncu döyüşünə atılır. Halbuki o da digər döyüş yoldaşları kimi, yağının ayağını yurdumuzdan tamamilə kəsmək üçün axıra qədər getməyi arzulayırdı. Onun da amalı Şuşanın azad olunması idi. Ancaq həmin gün Füzuli rayonu istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına şəhid olur. Mətləb oktyabrın 9-da doğulduğu kənddə torpağa tapşırılıb. Yenikənd kəndi torpaqlarımızın müdafiəsi zamanı 6 şəhid verib. Onlardan 1-i Birinci Qarabağ müharibəsi, 5-i isə Vətən müharibəsi şəhididir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Mətləb Zülfüqar oğlu Əkbərov "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Atası Zülfüqar Əkbərov: "Hərbi xidmətinin bir ili tamam olanda mənə bildirdi ki, qalıb işləmək istəyir. Ona dedim ki, evin tək oğlusan, mən evdən uzaqda işləyirəm. Amma əsgərliyi bitirib evə gəlmədi. Hərbi hissədə qalıb işləməyə başladı. Məzuniyyətə gəldi. Qayıdıb gedəndən sonra da Vətən müharibəsi başladı. Döyüşlərdə olduğunu bizdən gizlədirdi. Bir dəfə zəng edəndə anasından uzaqlaşıb dedim ki, Mətləb mənə düzünü söylə. Döyüşdə olduğunu bildirdi, amma xahiş etdi ki, anasına deməyim. Füzulidə döyüşürdü. Mətləb, mənim tək oğlan övladım idi. Onunla bağlı çoxlu arzularımız var idi. Ancaq o, şəhid olaraq öz arzusuna çatdı. Vətən sağ olsun".

Anası İradə Əkbərova: "Harada olduğunu bizə bildirməzdi. Amma hər gün imkanı olan kimi zəng edirdi. Bir dəfə yalvardım ona ki, Mətləb mən təkəm. Bacın da ailə qurub. Mən sənsiz neynəyərəm? Qayıdıb mənə dedi ki, ana, burada mənim kimi tək oğullar çoxdur. Vətən üçün lazımdırsa, canla-başla edəcəyik. Mətləb uşaqlıqdan Vətənə bağlı idi. Hər gün məktəbə gedəndə üçrəngli bayrağımızı öpərək dərsə girərdi. Müəlliminə hərbçi olacağını, şəhadət şərbətini içəcəyini söyləyib. Oğlumla fəxr edirəm".

Ömrünü Vətən yolunda qurban verən Mətləb qələbəni görməsə , adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. qədər ki, canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var, Azərbaycan daim yaşayacaq, ucalacaq qalib gələcək!

M.MİRZƏ,

"Respublika".