Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilir
Sosial həyat

Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilir

Azərbaycanın turizm imkanları 26-29 oktyabr 2023-cü il tarixlərində Yaponiyanın Osaka şəhərində keçirilən “Yaponiya Expo Turizm” sərgisində (Tourism Expo Japan 2023) təqdim edildi.

Sərginin ilk günü Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Gerso Travel”, “Asia Travel” və “ENC Tours” turizm şirkətlərinin nümayəndələri ilə Osaka Turizm Bürosu, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüş təşkil olunub, əməkdaşlığa dair müzakirələr aparılıb. Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də milli stendi ziyarət edərək sərginin gedişatı ilə tanış olub.

9-cu dəfə keçirilən və 70 ölkədən 1275 şirkətin təmsil olunduğu sərgi Asiya regionu üzrə əsas turizm platformalarından biri hesab olunur.

“Respublika”.