“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir
Region

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir

Tovuz rayonunda “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar silsilə tədbirlər keçirilir. Həmin tədbirlərin davamı olaraq Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına mədəniyyət evində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə xanım Ağayevaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, politoloq Elman Nəsirov, ziyalılar, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür. Tədbirdə Dövlət Himni səslənib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və sonra tədbir açıq elan olunub. Əvvəlcə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda hazırlanmış Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Vəli VƏLİYEV,

“Respublika”.