ƏMƏKDAŞLIQ MEMORANDUMU  İMZALANIB
Region

ƏMƏKDAŞLIQ MEMORANDUMU  İMZALANIB

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar. Qonaqlar ilk öncə Universitetin Aqronomluq tədris korpusunda müasir laboratoriyalar və baramaçılıq tədris mərkəzinə baş çəkiblər. Sonra, Tələbə evlərində yaradılan müasir şəraitlə tanış olub, qapalı və açıq balıq yetişdirmə, istixana komplekslərinə baxış keçiriblər. Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov qonaqları salamlayaraq, perspektivdə birgə həyata keçiriləcək layihələr haqqında ətraflı məlumat verib və birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov həyata keçiriləcək layihələrin önəmindən danışaraq, ölkəmizin yeganə aqrar kadr hazırlayan ali təhsil ocağı olan ADAU-ya uğurlar arzu edib. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons çıxışında, ADAU ilə BP arasında imzalancaq memorandumun mahiyyətindən və iki təşkilat arasında sıx əməkdaşlıqdan danışıb.

             Zabit XƏLİLOV,

             “Respublika”.