İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

"Prezident kuboku-2023" yarışları yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident kuboku-2023" beynəlxalq reqatasında yarışlara yekun vurulub. Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın son günündə Azərbaycan idmançıları 5 medal qazanıblar. 2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev Nihad Rəhimov cütlüyü ikinəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıblar. Sahib Əyyubzadə - Nuran Rəhimli dueti üçüncü olub. 2005-2006- il təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev - Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev - Amil Süleymanov dueti üçüncü yeri tutublar. Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Tunar Cəfərli fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Beləliklə, Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2023" beynəlxalq reqatasını 14 medalla (2 qızıl, 3 gümüş, 9 bürünc) başa vurublar.

 

Avropa kubokunda iştirak edəcək cüdo millisinin heyəti açıqlanıb

Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında Avropa Kuboku yarışları keçiriləcək. Mayın 6- 7- baş tutacaq turnirdə 21 ölkədən 372 idmançı iştirak edəcək. Yarışlarda ölkəmizi təmsil edəcək heyət açıqlanıb. Yığmamız yarışda 7 çəki dərəcəsində 15 oğlan 1 qız cüdoçu ilə təmsil olunacaq. Qızlarda Fidan Əlizadə (57 kq), oğlanlarda isə Nizami İmranov, Nurlan Kərimli, Nicat Şirinov (hamısı 60 kq), İslam Rəhimov, Aydın Rzayev, Nicat Nağıyev (hamısı 66 kq), Qadir Hüseynov, Vüsal Qələndərzadə, Elnur Qasilov (hamısı 73 kq), Ömər Rəcəbli, Aslan Kotsoyev, Məmmədrza Hacızadə (hamısı 81 kq), İsmayıl Zamanov (90 kq) Kənan Nəsibov (+100 kq) mübarizə aparacaqlar.

 

Yeddinci bölgələrarası kubok yarışlarına start verilib

Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə yeddinci bölgələrarası kubok yarışlarına start verilib. Yarışda "Ocaq Sport" klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - "Kür" Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast qüvvəsini sınayır. İdmançılar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyalarında çıxış edərək alətsiz, gürzlər, top lentlərlə çıxışlarını nümayiş etdirəcəklər. Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".