Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək
İdman

Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Teymur Rəcəbov Hindistanda keçiriləcək "Tata Steel India" turnirində iştirak edəcək.

Azərbaycan Şahmat Federasiyasından “Respublika”ya verilən məlumata görə, turnirdə T.Rəcəbovla yanaşı, Bakıdakı Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandxa, o cümlədən Domaraju Qukeş, Arjun Eriqaisi, Vidit Qucrati və Pentala Harikrişna (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Aleksandr Qrişuk (FIDE), Vinsent Keymer (Almaniya), Maksim Vaşye-Laqrav (Fransa) və digərləri mübarizə aparacaqlar. Reqlamentə əsasən, şahmatçılar əvvəlcə rapid, son iki gündə isə blitsdə yarışacaqlar.

Qeyd edək ki, Hindistanda keçiriləcək "Tata Steel India" turniri 5-9 sentyabrda baş tutacaq.