AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

Washington Post: İran ABŞ ordusunu hədəf almaq üçün zəlzələ yardımları arasında silah göndərir

"Washington Post" xəbər verir ki, məxfi ABŞ kəşfiyyatının İsrail hərbi rəsmisinin məlumatlarına görə, bu ilin əvvəlində on minlərlə insanın ölümünə səbəb olan zəlzələdən sonra İranın Suriyaya humanitar yardımın içərisində gizli silah göndərməsi Suriyadakı ABŞ əsgərlərinin hücumlara məruz qalmasına şərait yaradıb.

Xəbərdə Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra İranın İraqdan Suriyaya göndərilən humanitar yardım maşınları ilə 30 PUA bəzi hərbi ləvazimatları daşındığı bildirilir. Prosesin bölgədəki silahlı qruplar İranın elit kəşfiyyat birliyi olan Qüds Qüvvələri vasitəsilə həyata keçirildiyi iddia edilir. Nəşrin məlumatına görə, silahların tədarükünə zəlzələdən bir gün sonra başlanılıb. Pentaqondakı mənbə faktın düzgünlüyünü təsdiqləməsə , İslam İnqilabı Keşikçiləri Korpusunun keçmişdə belə fəaliyyətlərinin olduğunu iddia edib.

 

"Uzdaily.uz": Prezident İlham Əliyev Özbəkistan tərəfindən tikintisi davam edən məktəblə tanış olub

Özbəkistanın "Uzdaily.uz" xəbər saytı Qarabağdakı tikinti işləri ilə bağlı məlumat yayımlayıb. Məlumatda Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binasında tikinti işləri ilə tanışlığı yer alıb.

Yazıda, həmçinin məktəbin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə inşa olunduğu bildirilib. Təhsil müəssisəsinin 960 nəfər üçün nəzərdə tutulduğu da xəbərdə qeyd olunub. Sentyabrda təhvil verilməsi planlaşdırılan təhsil müəssisəsinin açılışında Özbəkistan prezidentinin iştirak edəcəyi gözlənilir.

 

"Financial Times": Azərbaycan Ermənistan Brüsseldə sülh danışıqlarını bərpa edəcək

Bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. Bu barədə nüfuzlu "Financial Times" nəşri məlumat yayıb.

Xəbərdə bildirilib ki, liderlər sərhədlərin demarkasiyası minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar. İlham Əliyev Nikol Paşinyan arasında danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq.

Yazıda o da qeyd olunub ki, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton Brüsselin səyləri bir-birini tamamlayır.

 

SonDakika”: Azərbaycanda Türkiyə seçkiləri üçün səsvermə prosesi başa çatıb

Azərbaycanda Türkiyədə keçiriləcək prezident millət vəkili seçkiləri üçün səsvermə prosesi başa çatıb.

Türkiyənin yerli SonDakika saytı bildirir ki, seçicilər 14 may seçkiləri çərçivəsində Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki məntəqəsində  səs veriblər. Məqalədə qeyd olunub ki, istifadə olunmuş olunmamış seçki bülletenləri, zərflər seçki qutusu komissiyalarının üzvlərinin onların müşahidəçilərinin nəzarəti altında möhürlənərək diplomatik çantalara qoyulub. Çantalar sabah diplomatik kuryer vasitəsilə Türkiyəyə aparılacaq.

Bakı səfirliyində 1417, Gəncə Baş Konsulluğunda 2277, Naxçıvan Baş Konsulluğunda isə 1349 olmaqla ümumilikdə 11043 seçici qeydiyyatdan keçib.

 

Nangs.org: Azərbaycan mart ayında İtaliyaya ən böyük neft tədarükçüsü olub

Milli Neft Qaz Xidmətləri Assosiasiyası Azərbaycanın 2023- ilin martında İtaliyaya neft tədarükünə görə birinci yerdə olması ilə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda qeyd edilib ki, İtaliyanın Ətraf Mühit Enerji Təhlükəsizliyi Nazirliyindən "İnterfaks-Azərbaycan" agentliyinə bildirilib ki, yanvar ayında Azərbaycan bu məhsulların İtaliyaya tədarükünə görə ikinci, fevralda isə üçüncü olub. Agentliyin məlumatına görə, mart ayında İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,6% artaraq 5,416 milyon ton təşkil edib.

Hesabat dövründə İtaliyaya neft tədarükçüləri arasında ilk beşliyə aşağıdakılar daxildir: Azərbaycan (973 min ton: Azeri Light - 617 min ton, Azeri Blend - 357 min ton), İraq (738 min ton), Səudiyyə Ərəbistanı (718 min ton),  Qazaxıstan - (504 min ton) Liviya (489 min ton).

2023- ilin mart ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik müqayisədə 40,4% artıb, bu ilin birinci rübündə 18,7% (2022-ci ilin birinci rübü ilə müqayisədə) azalaraq 2,183 milyon tona düşüb. Artıq dördüncü aydır ki, Rusiya İtaliyaya məhsul vermir. Mart ayında Azeri Light markalı neft 86,21 dollara (illik 30% azalma), Azeri Blend 84,27 dollara (illik 29% azalma), Qazaxıstan CPC Blend 83,04 dollara KEBCO 83,74 dollara alınıb.

Hesabat dövründə İtaliyanın orta idxal qiyməti 82,54 dollar/barel təşkil edib (2022-ci ilin martında - 115,70 dollar/barel).  Ən bahalı çeşid Escravos (99,38 dollar/barel), ən ucuzu Bravo (70,29 dollar/barel) olub.

"Respublika".