İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Cüdoçumuz Qran-Pri turnirini ikinci yerdə başa vurub

Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində cüdoçumuz gümüş medal qazanıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Rəşid Məmmədəliyev final görüşündə israilli rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vurub. Qeyd edək ki, turnirin ilk günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə ediblər.

 

Velosipedçimizin uğurlu çıxışı

Albaniyada şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı yarışı başa çatıb. Beşinci yarış günündə 9 ölkədən 11 komandanın heyətində ümumilikdə 55 idmançı birincilik uğrunda yarışıb. Sonuncu mərhələdə idmançılar 122 kilometr məsafə qət ediblər. Yarışda ölkəmizi təmsil edən kişilərdən ibarət elit - U-23 milli komandasının üzvləri yüksək nəticə göstəriblər. Millimizin üzvlərindən Samir Cəbrayılov bu mərhələ üzrə 2 saat 42 dəqiqə 56 saniyə nəticə göstərib. İkinci yerə layiq görülərək gümüş medal qazanan Şamil Cəbrayılov özünün milli komandamızın hesabına 3 UCI reytinq xalı yazdırıb. O, həmçinin yarışın ən yaxşı dağ velosipedçilərinin siyahısında ikinci, ən yaxşı sprinterlərinin siyahısında isə üçüncü nəticə göstərib. Ümumi təsnifatda isə M.Mikayılzadə (15 UCI xalı) beşinci, S.Cəbrayılov (5 UCI xalı) yeddinci, Ş.Eyvazov 29-cu, K.Mirzəxanov 31-ci, N.Bağırov 44-, Azərbaycan millisi isə 6- yerdə qərarlaşıblar.

 

Paraatletimiz bürünc medal qazanıb

Azərbaycan paraatleti Səid Nəcəfzadə İsveçrənin Notvil şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb. O, uzunluğa tullanma növündə 7,06 metr nəticə göstərərək birinci yeri tutub. Xatırladaq ki, Səid Nəcəfzadə Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında bürünc medal əldə etmişdi.

 

Boksçumuz üçüncü olub

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulubAzərbaycan millisinin idmançısı 66 kiloqram çəki dərəcəsində çıxış edən Şəhla Allahverdiyeva yarımfinal görüşləri çərçivəsində fransalı rəqibinə məğlub olub. Təmsilçimiz bürünc medalla kifayətlənib.

Nərgiz İSMAYILOVA,

"Respublika".