Bakıdan başlayan ilk idman hərəkatı
İdman

Bakıdan başlayan ilk idman hərəkatı

Ölkəmiz Birinci Avropa Oyunlarına layiqincə möhtəşəm ev sahibliyi edib

Polşanın Krakov şəhərində III Avropa Oyunları start götürüb. Multi-idman tədbiri 12 gün davam edəcək. Avropanın 48 ölkəsindən olan 7 minə yaxın atlet 29 idman növündə bacarığını nümayiş etdirir. İştirakçılar 253 dəst medal uğrunda mübarizə aparırlar. "Bakı-2015" "Minsk-2019"da uğurla çıxış edən Azərbaycan yığması Polşaya da geniş heyətlə yollanıb. "Krakov-2023" ölkəmizin şərəfini 13 növdə 86 idmançı qoruyur. Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.

İlk idman hərəkatı barədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qitənin mötəbər idman tədbirini keçirməklə Azərbaycan həm növbəti Avropa Oyunlarının standartlarının müəyyən edilməsinə vəsilə oldu. Bakı 2015 I Avropa Oyunları tarixin yaddaşına köçdü. 17 gün ərzində Azərbaycan qitənin idman mərkəzinə çevrildi. Bu möhtəşəm tədbirə uğurla ev sahibliyi edərək Azərbaycan həm idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Bu oyunların 2015-ci ildə paytaxtımızda keçirilməsi hüququ Azərbaycana Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarı ilə verilmiş, Birinci Avropa Oyunları tarixdə ilk dəfə Bakıda 2015-ci il iyunun 12-dən 28-dək keçirilmişdi. Prezident İlham Əliyevin Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqına 10 dekabr 2012-ci il tarixli təbrikində bu məqamlar bir daha açıqlanırdı: "İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır dünya birliyi Azərbaycana böyük hörmətlə etimadla yanaşır... Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir. Əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır".

Birinci Avropa Oyunlarının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013- il tarixli fərmanı ilə Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyeva sədr təyin edildi. Mehriban xanımın yüksək təşkilatçılıq məharəti ilə Birinci Avropa Oyunları dünyanın ən möhtəşəm mədəniyyət tədbirlərindən biri kimi tarixə yazıldı qəlbi Azərbaycanla döyünən bütün soydaşlarımızın əbədi qüruruna çevrildi. Avropa Oyunlarında 20 idman növü üzrə keçirilən yarışlar 21 idman obyektində reallaşdı. Qitənin 50 ölkəsində 6000-dən artıq idmançı 253 dəst medal uğrunda mübarizə apardı. İlk dəfə təşkil olunmasına baxmayaraq, "Bakı 2015"ə böyük maraq vardı. Avropanın əsas aparıcı ölkələri yarışlara ən güclü, eləcə geniş heyətlə gəlmişdilər. Avropa Oyunlarında bəzi idman növləri üzrə yarışların növbəti il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya imkanı yaratması "Bakı 2015"in əhəmiyyətini daha da artırmışdı. İyunun 12- Bakı Olimpiya Stadionunda keçirilən möhtəşəm açılış mərasimi bütün dünyanı heyrətləndirməklə yanaşı, Oyunların yüksək səviyyədə keçiriləcəyindən xəbər verirdi. 17 günlük idman festivalı nəinki Azərbaycan Avropada, eləcə bütün dünyada böyük əks-səda doğurdu. Bu həyəcanın ünvanı isə Odlar Yurdu Azərbaycan idi. 150-dən artıq televiziya kanalının canlı yayımladığı Oyunları planetin 1 milyarddan artıq tamaşaçısı izlədi. Avropanın Bakının hazırlığına verdiyi qiyməti heyrətamiz oldu.

Ölkəmiz ev sahibliyi etdiyi yarışda 290 atletlə iştirak edərək kifayət qədər uğurlu nəticələrə imza atdı. Avropa Oyunlarında ölkəmiz 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanaraq 56 mükafatla yarışı başa vurdu. Bu nəticə ilə Avropa ölkələri arasında qeyri-rəsmi komanda sıralamasında Azərbaycan ikinci oldu. Əldə olunan uğurlar respublikamızı bir daha idman ölkəsi kimi dünyada tanıtdı. İdmansevərlərimizin ürəkdən azarkeşlik etdiyi idmançılar yenidən başımızı uca edərək idman tarixinə öz adlarını qızıl hərflərlə yazdılar. Onların unudulmaz hisslər bəxş edən qələbələri yaddaşlarda əbədi qalacaq.

Birinci Avropa Oyunlarının qədim od məbədi olan "Atəşgah"dan start götürmüş məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu yetirdi. "Bakı-2015" Birinci Avropa Oyunlarının rəsmi simvolları Ceyran Nar idi. Avropa Oyunlarının təşkili üçün 15 000 könüllü səfərbər olundu bu tədbir ölkəmizdə könüllülük hərəkatının inkişafına da böyük təkan verdi. Açılış mərasimi daha çox Azərbaycan mədəniyyətini dünyagörüşünü, ənənələrimizi dünyaya çatdırmaq məqsədi daşıyırdı bu səbəbdən, tədbirdə milli atributlar, simvollar çoxluq təşkil edirdi. Bağlanış mərasimində isə milliliklə yanaşı, həm müasirlik qabardıldı. Bu da maraqlı mesaj idi: yəni biz kimliyimizi - köklərimizi unutmamışıq, amma eyni zamanda, həm dünya vətəndaşıyıq, özümüzü bu sivilizasiyadan kənarda təsəvvür etmirik. Bakı Olimpiya stadionunda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında da dünya mediası geniş yazdı. Eyni zamanda, bağlanışa qatılan məşhur dünya ulduzları da təəssüratlarını qeyd etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Birinci Avropa Oyunları haqqında belə demişdi: "Biz miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirini təşkil etmək imkanı əldə etdik. Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz oyunlarını keçirirlər yalnız Avropanın belə bir Oyunları yox idi. Buna görə düşünürəm ki, bu, ədalətin təzahürü oldu. Çünki Olimpiya hərəkatının, Olimpiya ideyalarının, olimpizmin vətəni Avropadır. Bu, qədim Yunanıstanda başlanıb daha sonra Baron de Kuberten onu bərpa etmişdir. İndi isə ədalət bərpa edildi gördüyümüz işdən fərəhlənə bilərik. Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın bütün Avropanın yaddaşında qalacaq səviyyədə Oyunları təşkil etdik".

Onu da qeyd edək ki, 2019-cu il 21-30 iyunda Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışıb. Yarışlarda ölkəmiz 82 atletlə təmsil olunub. Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutub. Avropa Oyunları 2015-ci ildən etibarən hər dörd ildən bir Avropa Olimpiya komitələrinin nəzarəti altında baş tutan regional beynəlxalq idman yarışlarıdır. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya çempionatlarının Bakı şəhərində ən yüksək səviyyədə təşkil olunması Beynəlxalq Olimpiya ailəsində ölkəmizə tam inam yaradıb. Bununla yanaşı, reallaşdırılan nəhəng infrastruktur layihələri paytaxt Bakını dünyanın ən gözəl şəhərləri sırasına daxil etmişdir. Eyni zamanda, ölkəmizdə nəhəng müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycan artıq Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq.

Mustafa KAMAL,

"Respublika".