Milli Məclisin yaz sessiyası başa çatıb
Digər xəbərlər

Milli Məclisin yaz sessiyası başa çatıb

Mayın 31- Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023- ilin yaz sessiyasında son iclası keçirilib.

Parlamentin sədri iclasda 14 məsələnin müzakirə olunacağını bildirib. O qeyd edib ki, gündəliyin birinci məsələsi - birinci oxunuşda müzakirəyə təqdim edilmiş "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsidir.

Müzakirələrin sonunda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin plenar iclasına yekun vuran Sahibə Qafarova yaz sessiyasının son iclasının keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 83 deputat növbədənkənar sessiyanın çağırılması üçün Milli Məclisin sədrinə müraciət edib. Sədr bildirib ki, o, bu barədə sərəncam imzalayıb iyun ayında parlamentin növbədənkənar sessiyası olacaq.

Ötən sessiyada görülmüş işlər haqqında məlumat verən Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin 2023- ilin yaz sessiyasında 14 iclası keçirilib, 91 qanun qəbul edilib. Başqa sözlə, 1 yeni qanun qəbul olunub, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiqlənib.

Milli Məclisin yaz sessiyasını uğurla başa çatdırdığını deyən sədr Milli Məclisin 2023- il yaz sessiyasını bağlı elan edib Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2023- il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

Mustafa MUSTAFAYEV,

Respublika”.