Arzular reallığa çevrilir
Digər xəbərlər

Arzular reallığa çevrilir

Qarabağ Şərqi Zəngəzur yenidən qurulur

İkinci Qarabağ savaşında  Şanlı Ordumuzun qazandığı Zəfər tarixi ədaləti bərpa etdi. Bundan sonra isə dövlət başçısının tapşırığı ilə  dərhal Qarabağ Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlanıldı. Vətən müharibəsində əldə etdiyimiz qələbəyə ən çox sevinən keçmiş məcburi köçkünlərimizdir. Artıq onların müəyyən bir hissəsi Ağalıda, Talışda məskunlaşıblar.

90- illərdə erməni faşistlərinin etdiyi vəhşiliklər soydaşlarımızda mənəvi silinməz dərin yaralar açmışdı. Hətta onlar bu torpaqlara yenidən qayıdacağına ümidlərini kəsmişdilər. Yalnız ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra  münaqişə dondurulmuş, məcburi köçkünlərimizin ümidləri çoxalmışdı. Ulu öndər hər zaman həmvətənlərimizin dərdinə şərik çıxaraq onlarla mütəmadi olaraq görüşlər təşkil edir, yaşadıqları müvəqqəti çadır şəhərciklərinə gəlib problemləri ilə yaxından maraqlanırdı. Onları əmin edirdi ki, dövlətimiz heç bir zaman məcburi köçkünləri tək buraxmayacaq yenidən Qarabağa qayıtmaları üçün əlindən gələni edəcəkdir. Tarixin ədalətsizliyi ilə baş-başa qalan Qarabağ sakinləri öz növbəsində  Heydər Əliyevi özlərinə ümid pənah yeri kimi görürdü. Ulu öndər bayram günlərini məcburi köçkünlərlə keçirirdi. Belə görüşlərin biri 1998-ci ildə Novruz bayramı ərəfəsində təşkil olunmuşdu: "Gün o  gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə olacaqdır. Mən buna inanıram bu inamla yaşayıram, bu inamla işləyirəm bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm". Bu arzular isə  reallığa çevrildi. Şuşa şəhərində Cıdır düzündəAğalıda, Talış kəndində Novruz tonqalları qalandı. Bu insanların tez bir zamanda doğma yurd-yuvalarına tam olaraq qayıtmasına çox az bir zaman qalıb.

Prezident İlham Əliyevin mütəmadi olaraq Qarabağa Şərqi Zəngəzura səfərlər etməsi onu göstərir ki, işğaldan azad olunmuş ərazilərə yenidən həyatın qayıtması dövlətimizin əsas vəzifəlirindən birinə çevrilib. Ölkə başçısı yeni kənd qəsəbələrin təməlqoyma mərasimlərində özü şəxsən iştirak edir görülən işlərlə yaxından maraqlanır. Sürətlə gedən bərpa-quruculuq işləri zamanı tarixi memarlıq üslubumuz qorunmaqla yanaşı, modern görünüşə üstünlük verilir. Müasir texnologiyalar əsasında salınan yaşayış məskənlərində yerli şirkətlərlə yanaşı, dünyanın ən qabaqcıl tikinti şirkətləri çalışır. Qısa zaman ərzində beynəlxalq hava limanları, körpülər, yollar, yaşayış binaları, xəstəxana, məktəb, s. tikilib  tam olaraq istifadəyə hazır vəziyyətə gətirilib. Deyə bilərik ki, bu gün Qarabağda Şərqi Zəngəzurda ulu öndər Heydər Əliyevin görmək istədiyi həyat formalaşır. Artıq hər bir şəhərdə, kənddə, zirvədə üçrəngli Dövlət bayrağımız dalğalanır, məscidlərimizdə azan səsləri ucalır, əsgərlərimiz hərbi paradlar keçirir, komando birliklərimizin hərbi hissələri yaradılır ən əsası da soydaşlarımız ata yurduna geri qayıdır. Bütün bunların təməlində ulu öndərin vaxtilə parçalanmaqda olan ölkəmizə yenidən rəhbər seçilməsi Qarabağı bütün dünyada Azərbaycanın ərazisi kimi tanıtdırması dayanır.

Qeyd edək ki, Prezident İlham Əliyev hər zaman xalqımızı əmin edirdi ki, bir gün işğal olunmuş torpaqlarımıza qayıdacağıq. Bu ya sülh yolu ilə baş tutacaq, ya da hərb yolu ilə mümkün olacaq.

İkinci Qarabağ müharibəsini daxili imkanlar hesabına aparan Azərbaycan hər cür beynəlxalq təzyiqə tab gətirərək hərb yolu ilə suverenliyimizi bərpa etmişdir. Bu müqəddəs yolda ölkəmizə heç bir beynəlxalq təşkilat dəstək olmadı. Yalnız qardaş ölkə Türkiyə başda olmaqla, Pakistan, İsrail digər az sayda dost ölkələr haqq işimizə dəstək verdilər. Xalqın Ali Baş Komandana Müzəffər Ordumuza olan inamı bu işin layiqli şəkildə həyata keçməsinə təkan  verdi. "Dəmir yumruq" ətrafında birləşən millətimiz nəyin bahasına olsa da bu işə son verməyi qərara almışdı. 2016- ildə Aprel döyüşlərində  közərən ümidlər 2020-ci ildə alovlanaraq mübarizə əzmimizi daha da gücləndirmişdi. Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən Silahlı Qüvvələrimiz bu yolda minlərlə şəhid verdi, qazilərimiz oldu. İndi isə qarşıda duran ən əsas vəzifə "Böyük Qayıdış"ın icrasını uğurla başa vurmaqdır. Cocuq Mərcanlıda başlayan bu layihə bütün Qarabağı Şərqi Zənguzuru öz əhatəsinə alıb.

Musa BAĞIRLI,

"Respublika".