Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 516 nəfər müalicə olunaraq sağalıb, 10 min 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 59 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 936, indiyə qədər isə ümumilikdə 7 milyon 623 min 270 test icra olunub.                   

 

İyunun 1- Azərbaycanda COVID-19 əleyhinə 55 doza vaksin vurulub

İyunun 1- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 55 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 20, ikinci doza vaksinlərin sayı 14, üç daha çox doza vaksinlərin sayı 21, pozitiv nəticədən sonra "buster" vaksini vurulmayıb.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 701, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 492, ikinci mərhələ üzrə 4 milyon 883 min 877, üç daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 98, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 234-dür.