İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Üç çəki dərəcəsində mükafatçılar məlum olub

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günə yekun vurulub daha üç çəki dərəcəsində mükafatçılar bəlli olub. Kişilər arasında 80 kq çəki dərəcəsində finalda Simone Alessio (İtaliya) qızıl medala yiyələnib. Karl Alan Nikolas (ABŞ) ikinci yerdə, Seif Eyissa (Misir) ilə Migel Treyos (Kolumbiya) üçüncü yerdə qərarlaşıblar. 87 kq-da mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi Koreya) olub. Gümüş medalı İvan Sapina (Xorvatiya), bürünc mükafatları Artyom Plonis (Dünya Taekvondosu) Arian Salimi (İran) qazanıblar. Qadın taekvondoçulardan 49 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə Merve Dincel (Türkiyə) qalxıb. O, finalda Panipak Vongpattanakiti (Tailand) məğlub edib. 3- yeri Bruna Duvançiçi (Xorvatiya) Adriana Serezo İqlesias (İspaniya) tutub. Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

 

Cüdo üzrə U-23 Bakı çempionatı

Bu gün Azərbaycan Cüdo Federasiyası (ACF) Bakı Şəhər Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə 23 yaşadək kişilər qadınlar arasında paytaxt çempionatı keçiriləcək. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Turnir iyulun 11-13- keçiriləcək 23 yaşadək qadınlar kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

 

Aerobika gimnastikası yarışları keçiriləcək

Azərbaycan Gimnastika Federasiyası (AGF) milli yarışlar mövsümünü aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi Bakı çempionatı ilə davam etdirir. 2-3 iyun tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 100-dək gimnast mübarizə aparacaq. İdmançılar Azərbaycan birinciliyində balacalar (2015-2016- il), uşaqlar (2012-2014- il), yeniyetmələr (2009-2011-ci il) gənclər (2006-2008-ci il il), Bakı çempionatında isə uşaqlar (2012-2014- il), yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il) böyüklər yaş kateqoriyasında (2005-ci il daha böyük) mübarizə aparacaqlar. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük qrup proqramında çıxış edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".